Choker boyunbağılarla şıqlıq dərsi – hər cibə uyğun chokerlər

Tarixi 1800-cü illər gedib çıxan və bir zamanlar zadəgan xanımlarının sevilən aksesuarı olan chokerlər 90-larda olduğu kimi, 2016-da da dəb aləminə möhtəşəm dönüş etdi. Çoxlarımızın tərzini yansıtsa da, bəzilərimiz belə boyunbağıları şıq hesab etmirik. Amma yanılırıq! Çünki chokerlərlə şıq bir kombin yaratmaq sizin əlinizdədir. Sadəcə doğru boyunbağı və geyim parçaları sizə bu işdə köməkçi olacaq. Və təbii ki, bizim sizə verdiyimiz məsləhətlər, hardan hansı qiymətə daha gözəl choker boyunbağı ala bilərsiniz – bütün bunları bilmək istəyirsinizsə yazının davamına göz atsanız karlı çıxarsınız.

Demək olar ki, bütün dizaynerlər bu il kolleksiyalarında chokerle geniş yer ayırıb. Qalın zəncir formasında olanlar, metal görünüşlü boğazı tamamilə bağlayan klips modellər, incə və daş işləməli daha fərqli choker boyunbağılara rast gəlmək mümkündür. Bu boyunbağılarla siz, ən sadə və minimalist tərzdə olan geyiminizi daha şıq hala gətirə bilərsiniz.

Chokerlərimizi necə dəstləşdirək?

Bu il açıq çiyinli geyimlər daha çox aktual olduğundan aksesuar seçimində choker boyunbağılar da bir addım öndədir desək, yanılmarıq. Açıq çiyinli köynəklər, straplez parçalar və xüsusilə də, V yaxalı pencəklər, yaya uyğun maskulən tərzdə jiletlər ilə istifadə edildikdə gözoxşayır. Əgər aksesuar qarderobunuza belə bir boyunbağı əlavə etmək istəsəniz çalışın ki, çox böyük modellər olmasın. Çünki belə chokerlər heç də, estetik təsir bağışlamır. Daha fərqli choker boyunbağı istəsəniz bunun üçün də kiçik ipək şallarınızı istifadə edə bilərsiniz. Chokerlərinizi denim t- shirtlər, ağ sadə köynəklərlə də rahatlıqla dəstləşdirə bilərsiniz. Sadə ağ köynək, cins şalvar və şıq bir choker tərzinizi vurğulayacaq.

Qeyd edək ki, chokerləri ən şıq halda dəstləşdirib, dəb dünyasında daha da yüksəldən şahzadə Diana olub. Amma o, təbii ki, şahzadələrə layiq bir tərzdə onlardan istifadə edirdi. Mirvari, məxmər parça chokerlərində qiymətli daşları incəliklə vurğulayırdı.

Choker boyunbağılardan istifadə edərkən diqqət tələb edən nüanslar

Əgər qısa və qalın boyuna sahibsinizsə mümkün olduğu qədər incə, minimalist tərzdə olan modellərə üstünlük verin. Əks halda boynunuz dahada qalın və qısa görünəcək. İncə və uzun boyunlar üçün isə kristal daşlı böyük chokerlər “ən”lər arasındadır.

Saçlar və choker ikilisi

Choker boyunbağılar boynu çox dik göstərdiyindən sizi də güclü və daha feminən göstərəcək. Belə bir boyunbağı ilə sərbəst buraxılmış qısa saç ya da təpədən yığılmış topuz daha yaxşı görüntü ortaya çıxardır.

Dəbli və hər cibə uyğun chokerlərimizi haradan alaq?

Choker almağa qərar verməmişdən əvvəl yuxarıda qeyd etdiyimiz kiçik məsləhətlərə diqqət edin. Daha sonra isə “Alış-veriş” rəhbərində sizə təqdim etdiyimiz chokerləri qarderobunuza əlavə etməyə tələsin.

1. Zara Ulduz detallı choker – 35 AZN

2. Pull&Bear Üçlü choker – 19 AZN

3. Naveen yerli brend Tünd qırmızı məxməri choker – 6 AZN

4. Bershka Plastik, metal, məxməri choker – 15 AZN

5. Stradivarius 5 setli choker – 19 AZN