Chanel-in yeni bombası – Derby ayaqqabılar

Chanel-in Kubada təqdim etdiyi 2016-2017 Cruise kolleksiyasının təsiri uzun müddət dəb aləmində qalacaq desək, yanılmarıq. Kubanın maskülən görünümünü və Parisin qadınsı havasını özündə birləşdirən, maskülən şıqlığı tərənnüm edən Derby ayaqqabılar Chanel-in ən yeni bombasıdır.

1957-ci ildə Gabrielle Chanel tərəfindən yaradılan Two-Tone ayaqqabıları brendin imzasıdır. Brendin baş dizayneri Karl Lagerfeld-in yaradıcı baxışı ilə müasir dəblə uyğunlaşdırılan Two-Tone Derby ayaqqabıları maskülən cəlbediciliyə sahibdir. Çəhrayı, qızılı və gümüşü rənglərlə zənginləşdirilən dizaynda həm vintaj, həm də modern detallar bir arada istifadə olunub.