Chanel 2016-2017 Payız/Qış Kolleksiyası

Fərqliliyin və gözəlliyin Paris Moda Həftəsindəki dəyişməyən tək ünvanı heç şübhəsiz ki, Chaneldir. Karl Lagerfeld Chanel qadınının kosmopolit ruhunu 2016-2017 Payız/Qış kolleksiyasında bir daha ustalıqla əks etdirdi.

Coco Chanelin mirası olan mirvari bu sezonda Karl Lagerfeldin işçiliyi ilə yenə öz zərifliyini qoruyub saxlayır. Mirvarilər 2016-2017 Payız/Qış kolleksiyasını işğal etmələri ilə birlikdə, xanımların da geyiminin əsas hissəsinə çevriləcək.

Coco Chanel ilk papaq kolleksiyasını yaratdıqda təqvimlər 1910-cu ili göstərirdi. Coconun sevimliləri olan inci və papağı bir arada istifadə edən Karl Lagerfeldin 2016-2017 Payız/Qış kolleksiyasının nümayişinin əsas cümləsi "Cocoya sevgilərlə" idi.

Çiyinlərə sviter bağlamaq artıq kişilərə xas bir stil deyil. Karl Lagerfeldin tövsiyyəsi ilə sviterinizin yalnız qollarını bağlamaqla fərqliliyinizi göstərə bilərsiniz.

Chanel fərqli görünmək istəyən qadınlar üçün daha bir yenilik etdi. Chanel çantaları kəmərlərə taxaraq istifadə etdi və bu da dəb həvəskarları tərəfindən olduqca bəyənildi.

Cəlbedici çəhrayi rəngi seçim etmədən əvvəl iki dəfə düşünmək lazımdır. Həddindən artıq canlı və cəsur bir rəng olduğu üçün xanımlar tərəfindən riskli seçim olaraq düşünülür. Chanel bu rəngi o qədər mat və klassik şəkildə istifadə ki, bundan sonra rahatlıqla geyinə bilərsiniz.

Klatç çantalar hər bir qadının qarderobunda olmazsa olmazlardandı. Chanel bu kolleksiyada clutchları fərqli dizaynda çantalarla əvəz etdi. Chanelin alternativ qutu çantaları öz dizaynı və gözəlliyi ilə dəb vərdişlərimizi dəyişəcək.

Hər sezon yeni trend dəyişikliyi edən Karl Lagerfeld bu dəfədə əlcəklərdə yeniliklər etdi. Aksesuar detalları ilə diqqət çəkən əlcəklər əliniz qədər, gözlərinizi də isidəcək. Digər aksesuarlar kimi əlcəklərdə də mirvari detallarından istifadə edilib. Bundan başqa, Karl Lagerfeld kolleksiyada pişiyi Choupetteni əlcəklərin dizaynında istifadə edərək simvollaşdırmışdır.