Büdcəyə uyğun iftar menyusu - 8 ən yaxşı restoran

Orucunuzu evdə deyil, kafe və ya restoranda dostlarınıza birgə açmaq istəyirsiniz? Bu gün biz sizə büdcəyə uyğun iftar aça biləcəyiniz kafe və restoranları təqdim edirik.

NOOSH

Noosh-da iftar süfrəsi böyük sevgi və qayğı ilə açılır. Ramazan ayı ərzində Noosh restoranında sizi xüsusi menyu gözləyir. Bütün bayram ayını qabaqcadan rezervasiya edin və 1 ay əvəzinə cəmi 25 gününün ödənişini edin. Bir nəfərlik menyu - 20 AZN təşkil edir.

Menyu:

Salatlar:

Toyuq salatı

"Manqal" salatı

"Çoban" salatı

İsti Qəlyanaltılar:

Ət qutabı

Kəsmikli blinçik

Şorbalar:

Tərəvəz şorbası

Mərci şorbası

Toyuq şorbası

Əsas yeməklər:

Lobya çığırtması

Tava kababı pomidorla

Toyuq kababı evsayağı kartofla

Sərinləşdirici içkilər:

Su (qazlı və qazsız)

Ayran

Şərbət

Desert:

Çay, mürəbbə və keks

Ətraflı məlumat üçün: (012) 488 06 94

Sumakh

Artıq mübarək Ramazan ayı başlayıb. İftar süfrələri geniş və nemətlərlə bol olmalıdır. Sumakh da hər axşam iftara xüsusi hazırlıqlar aparır. Ramazan ayı ərzində sizi xüsusi menyu gözləyir. Qabaqcadan zəng edib rezervasiya edin və 1 ay əvəzinə cəmi 25 gününün ödənişini edin. Bir nəfərlik menyu 20 AZN təşkil edir. İftarınızı Sumakh-da açın.

Ətraflı məlumat üçün: (012) 480 21 12 

Kolorit Cafe and Dining

Mübarək Ramazan ayı gəlişi ilə əlaqədar Kolorit Kafe hər axşam sizi açıq bufet iftar menyusuna dəvət edir. Cəmi 12.50 AZN ödəməklə siz ləziz yeməklərdən yeyib iftarınızı aça bilərsiniz. Allah orucunuzu qəbul etsin!

Nar Café

Müqəddəs Ramazan ayında Nar café də qonaqlarını unutmayıb. 15 AZN ödəməklə siz İftara özəl xüsusi menyu ilə burada iftarınızı aça bilərsiniz. Allah qəbul etsin!

Özsüt

Özsüt sevərlərə isə bu məkanın iftar üçün hazırladığı özəl 3 menyusunu diqqətinə çatdırırıq. Hər gün iftar üçün rezervasiyalar qəbul edilir.

Excelsior Hotel

Excelsior Hotel-də İftar bufeti Həftə içi hər gün saat 20.00-dən etibarən fəaliyət göstərir. Cəmi 14 AZN ödəməklə siz bu məkanda iftar edə bilərsiniz.

Cafe Plaza

Cafe Plaza hər günə özəl iftar menyusu təklif edir. Menyuya şorba, əsas yemək, salat və sərinləşdirici içkilər daxildir. Menyunun qiyməti cəmi 7 AZN-dir.

Ətraflı məlumat və rezervasiya üçün: (012) 50 335 9111

Buffetique

Buffetique Ramazan ayı boyunca oruc tutan müştərilərinə özəl menyu hazırlayıb. Menyuya daxildir: şorba, salat, kofe, desert və ya dondurma. Menyunun qiyməti isə 12 AZN-dir.