Bu məsləhətlərlə rəngli geyindikdə “göyqurşağı” təsiri bağışlamayacaqsınız

Yay vaxtı daha çox rəngli geyinməyə üstünlük veririk. Rəngli şalvarlar, köynəklər, printli paltarlar və ürəkaçan başqa tərzlər... Amma rənglər arasındakı uyğunluğu tutmaq da bir az çətin olur. Bəs hansı rəngləri hansıları ilə uyğunlaşdırmalıyıq? Bunun üçün sizə bəzi məsləhətlər təqdim edirik.

Rəng qrupları

Əvvəlcə rəng qruplarını bilərək onları necə istifadə edəcəyinizə qərar verin.

Əsas rənglər: mavi, qırmızı, sarı.

Əsas rənglərin qarışımından yaranan ikinci dərəcəli rənglər: Yaşıl, narıncı, bənövşəyi.

Üçüncü tip rənglər: Bordo, firuzəyi, qızılı, tünd göy.

Kontrast yaratmaq üçün: Bu üç rəng qrupunda yer alan iki zidd rəngi bir-birilə dəstləşdirə bilərsiniz. Misal üçün əsas qrupdan qırmızını, ikinci qrupdan isə yaşıl və ya mavi, bordo rəngləri uyğunlaşdırmaq olar.

Tək rəng: Bej və açıq qəhvəyi rəng kimi oxşar rəngləri ya da ki, eyni rəngin fərqli çalarlarını kombinləyərək də rəngli geyim yarada bilərsiniz.

Əsas qaydalar

1. Rəngləri mütləq balanslı şəkildə istifadə edin. Çalışın bir dənə hakim rəng olsun və digər parçalar da ona uyğun olsun.

2. Üçdən artıq rəngi bir arada istifadə etməkdən uzaq durun.

3. Bir rəngi xəfiflətmək üçün onun tamamlayıcısı olan çalarlar istifadə edin.

4. Qara və ağ hər rənglə uyduğu üçün kombinlərinizə rahatlıqla əlavə edə bilərsiniz.

5. Boz neytral rəng olduğundan bir çox rənglə uyğunluq yarada bilir.

6. Canlı və açıq rəngləri üst hissədə istifadə etmək üzünüzü və dekoltenizi vurğuladığı üçün düzgün seçim olar.

7. Tünd rəngləri isə daha çox alt hissə üçün istifadə edin.

Dəri rənginizə görə geyim seçimi

Dəriniz mat və saçlarınız qəhvəyi rəngdirsə:

Çəhrayı və narıncı

Qırmızı və qara

Yaşıl və bej

Qırmızı və boz

Yasəmən və fıstıq yaşılı

Alça yaşılı və bej

Dəriniz solğun və saçlarınız tünd şabalıdı rəngdirsə:

Bej və ağ

Tünd göy və bej

Şabalıdı rəng və sarı

Şabalıdı rəng və çirkli ağ

Boz və şabalıdı rəng

Dəriniz solğun və saçlarınız sarıdı, açıq şabalıdı və ya qızılı çalardadırsa:

Şokolad qəhvəyisi və qırmızı

Qara və ağ

Xaki və şokolad qəhvəyisi

Bronzlaşmış dəri rəngi və qara

Bənövşəyi və şabalıdı rəng