Boyalı saçlara evdə qulluq və düzgün şampun seçimi

Saçları boyamağın əslində saçlarımıza necə zərərli olduğunu bilirik. Amma bunu bilə-bilə yenə də zərərləri gözə alıb saçlarımızı pul xərcləyib boyayırıq. Nəticə isə eyni olur. Zədələnmiş saçlar... Saç boyası tez solğunlaşır, diblərdə bu açıqlıq daha çox özünü göstərir. Saçların parlaqlığı, canlılığı itir. İş işdən keçəndən sonra başlayırıq saçlarımızın qayğısına qalmağa. Bəs boyalı saçları daha gözəl, sağlam göstərmək və eyni zamanda da boyanın ömrünü uzun etmək üçün nə etmək lazımdır? Boyalı saçlar üçün bütün şampunlar uyğundurmu? Yəqin ki, bu sualların cavabı sizi də, maraqlandırır. Ona görə də, sizə boyalı saçlara evdə düzgün qulluq, maska, boyanın ömrünü uzatmaq və düzgün şampun seçmək haqqında kiçik ipucları veririk.

1. Saçlar nəmliliyini itirdikdə boyaya təsir edir

Saçlar nəmsiz olduğu zaman solğun və rəngsiz olur, eyni zamanda da, sağlamlığını itirir. Bəs quru saçlarda boya necə olur ki, solğunlaşmağa başlayır?Saç boyası saçları daha cod hala gətirə bilir. Nəticədə də, saçlardakı nəm balansı çox rahat şəkildə pozulur. Yəni, saçlarınızı hər yuduqda normaldan daha çox nəm itirirsiniz və bu da, saç boyasının solğunlaşmasına gətirib çıxardır. Mütəxəssislər uzun müddət gözəl görünən saç boyası üçün saçlarınızı yaxşı nəmləndirməyinizin mütləq lazımlı olduğunu vurğulayırlar.

2. Qaynar sudan uzaq durun

Nəzərə alın ki, duş vaxtı saçlara təmas edən su nə qədər isti olursa, boya da saçlardan o qədər sürətlə axıb gedir. Boyanın tez solğunlaşmaması üçün ilıq suya üstünlük verin. Çox isti olan su eyni zamanda da, saçların nəm balansını pozur. Bu da, saçlar və baş dərisi üçün iki dəfə daha artıq mənfi təsir deməkdir. 

3. Fendən mümkün qədər az istifadə edin

İsti alətlər istifadə edərkən, saçlarınıza forma verərkən saç boyanız daha çox zərər görür. Çünki həm bu zaman, həm də, bundan sonra saçlar nəmliliyini itirir. Bunun üçün də, isti əleyhinə olan saç spreylərindən istifadə etsəniz həm saçlarınızın sağlamlığını qoruya bilərsiniz, həm də ki, boyanızın ömrünü uzada bilərsiniz. 

4. Saçlarınızı boyadıqdan sonrakı 48 saat

Saç boyasının saçlarınıza tam oturması və piqmentlərin tam olaraq saçınıza yapışması üçün boyadıqdan sonrakı 48 saat ərzində yaxşı olar ki, saçlarınızı yumayasınız. Çünki saç boyası ilə saç arasında bir təmas olmalıdır və bu təmas üçün tam 48 saat lazımdır. Bu müddətə diqqət etsəniz boyanız saçlarınıza tam oturacaq və tez-tez boyamağa da gərək qalmayacaq. Eyni zamanda da, bununla saçlarınızın zədələnməsinin qarşısını alacaqsınız.

5. Sulfat və duz tərkibli məhsullardan qaçın

Sulfatlar boyanın saçlardan daha tez getməsinə səbəb olur. Bir dəfə yuduqdan sonra saçlarınızın rəngi bir az açılırsa deməli, ya sulfatlı, ya da ki, duz tərkibli məhsul istifadə etmisiniz. Boyalı saçlar üçün yuyucu vasitə aldıqda mütləq tərkibinə diqqət edin. 

6. Vitamin və maskalar boyalı saçların dərmanıdır

Boyalı saçlara evdə qulluq edərkən vitaminləri unutmayın. Çünki belə saçların vitaminlərə çox ehtiyacı var. Buna görə də, boyalı saçlara sahibsinizsə mütləq həftədə bir dəfə də olsa, maska edin. Saçlarınıza qulluq maskası edərkən onun tərkibinə aptekdən aldığınız E vitamini kapsulasını da əlavə etməyi unutmayın. Boyalı saçlara ən yaxşı qulluq maskası yumurta maskasıdır. Bunun üçün şüşə qabda bir yumurta, 2 x.q. zeytun yağını yaxşıca qarışdırın. Sonra saçlarınızın diblərindən başlayaraq uclarına doğru maskanı masaj edərək tətbiq edin. Yumurta maskası saçlarınıza təbii şəkildə qulluq edib, qidalandırarkən, həm də, saçlarınızın vitaminə olan ehtiyacını da qarşılayır. Bu maskanı saçlarınızda 30 dəqiqə saxlayıb, ilıq su ilə yuyun.Bütün bunlarla yanaşı, saçlarınıza dərindən təmizlik də lazımdır. Təbii ki, bu da boyalı saçlar üçün olan yuyucu vasitələr olmalıdır. Bunun üçün boyalı saçlar üçün olan düzgün şampunu seçmək lazımdır. Bəs düzgün şampunu necə seçə bilərik?

Boyalı saçlar üçün xüsusi şampun seçimi

Bir çox şampun markası məhz boyalı saçlar üçün də xüsusi seriyalar hazırlayır. Bu cür şampunlar saçlardakı boyanın tərkibini qorumaqla yanaşı, həm də, boyaya parlaqlıq və canlılıq qatır. Yəqin ki, siz də boyanın saçlarınızdan tez axıb getməsinə, hər yuyulmada daha da solğunlaşdığından şikayət edirsiniz. Əgər belədirsə boyanızın ömrünü uzadıb, saçlarınızın qayğısına qalmaq üçün KayPro seriyasından CAVIAR SUPREME şampununu yoxlaya bilərsiniz. Amma yaxşı nəticə əldə etmək üçün CAVIAR SUPREME-ni kompleks şəklində istifadə etsəniz yaxşı olar. Bu kompleks boyalı saçlar üçün mükəmməl vasitədir. Boyanın təsirini gücləndirir və solğunluğun qarşısını alır.

CAVIAR SUPREME kürü tərkibli şampunu – kimyəvi təsirə məruz qalmış boyalı saçlar üçün kürü tərkibli yaxşılaşdırıcı şampundur. Saçlarınıza nəm şəkildə 2 dəfə tətbiq edin, diblərini masaj edin və ilıq su ilə yuyun. Nəticədə saçlar effektiv təmizlənir, qidalanır, nəmlənir, yumşalır, daha parlaq və canlı olur. Ən vacibi isə saçlarınızın rəngi daha parlaqlaşır və uzun müddət qalır. 

CAVIAR SUPREME hermetləşdirici krem – kimyəvi təsirə məruz qalmış və boyalı saçları qorumaq üçün kremdir. Saçlar boyandıqdan sonra Caviar krem tətbiq olunur. 2 dəqiqə qaldıqdan sonra yuyulur. Daha sonra prosesi şampun və Caviar Color maskası ilə davam etdirmək lazımdır. 

Kremi həftədə bir dəfə istifadə etmək və 2 dəqiqə saxlayıb yumaq lazımdır. Nəticədə boyalı saçlarınız mükəmməl olacaq. Saçın içində olan boyayıcı mikro piqmentlər hermetləşir və sabitləşir. Boyanın müddəti uzanır, intensiv və parlaq olur.

CAVIAR SUPREME kürü tərkibli maska – kimyəvi təsirə məruz qalmış və boyalı saçları bərpa edir, boyanın ömrünü uzadır. Şampun istifadə etdikdən sonra nəm saçlara vurulur, diblərdən uclara qədər yavaş-yavaş darandıqdan sonra 5 dəqiqə saxlayın və təmiz şəkildə yuyun. Maskadan sonra saçlarınızın dolaşığı açılacaq, qidalanacaq, nəmlənəcək, yumşalacaq və parlaq olacaq. Kürü tərkibli bu maska saçlarınızın rəng parlaqlığını qoruyur, rəngi daha da vurğulayır, uzun müddət qalmasına kömək edir. 

CAVIAR SUPREME kürü tərkibli serum - boyanmış və kimyəvi təsirə məruz qalmış saçlar üçün mükəmməl seçimdir. Quru və ya nəm saçlara tətbiq olunur. İstifadədən sonra yuyulmur.