Bir həftədə çəki itirməyin 20 asan yolu

Çəki itirmək üçün çox pəhrizlər etməkdən bezmisiniz? Arıqlamaq üçün sınadığınız bütün yolları qoyun kənara və günə sağlam qidalanma ilə başlayın. Çünki isə bir həftədə asanlıqla çəki itirmək haqqında 20 sirr veririk. Bu sirlərin nədən ibarət olduğunu bilmək üçün yaxın əyləşin və yazının davamını mütləq oxuyun.

1. Həqiqi hədəflər – Əvvəlcə cəki atmağın çətin olduğunu bilməlisiniz. Əmin olun ki, bunun bir əvəzi olduğunu bilin. Həm də, ən qısa zamanda nəticə əldə etmək üçün bir plan qurun. Bilin ki, 1 həftədə 5 kq çəki itirmək mümkün deyil, maksimum 2 kq çəki eitirə bilərsən. Unutmayın ki, söhbət sağlam qidalanaraq çəki itirməkdən gedir.

2. Vaxtı müəyyən et – Edəcəyiniz işləri mütəmadi olaraq vaxtlara bölün. Yemək yeyərkən özünüzə bir vaxt ayırmalısınız. Sürətlə yemək yesəniz daha da çəki ala bilərsiniz. Buna görə də, çalışın ki, yeməyinizi yavaş yeyəsiniz.

3. Daha çox tərəvəz yeyin – Əgər bir həftədə çəki itirmək istəyirsinizsə mütləq diqqətinizi tərəvəzlərə yönəltməlisiniz. Çox tərəvəz və meyvə yemək çəki itirməyin ən təbii, sürətli yoludur. Tərəvəzləri zeytun yağında bişirin, bir az da limon əlavə edərək yeyin.

4. Şorba için – Şorbalar da çəki itirməyin mükəmməl üsuludur. Daha çox şorba içərək daha çox çəki itirə bilərsiniz. Şorba ilə birlikdə yağsız ət, təzə tərəvəz qəbul edə bilərsiniz.

5. Bütün dənli bitkilərdən qəbul edin – Çəki itirmək üçün kəpəkli dənli bitkilər yaxşı seçimdir. Bu sıraya  qəhvəyi düyü, qəhvəyi rəngli çörək, yulaf və buğda aiddir. Əsasən də, səhər yeməklərinizdə dənli bitkilərər yer versəniz yaxşı olar.

6. Şəkəri unudun – Çəki itirməyə çalışarkən şəkər sizin birinci düşməninizdir. Şəkər kalori və çəki itirmək istəyinizi daha da azaldır. Buna görə də ondan uzaq durub, şirniyyata olan ehtiyacınızı meyvələrlə ödəyə bilərsiniz. 

7. Yaşıl çay için – Gündəlik olaraq yaşıl çay qəbul etmək sizin daha tez çəki itirməyinizə səbəb olacaq. 

8. Yoqa ilə məşğul olun – Yoqa çəki itirməyin yaxşı bir yoludur. O sizi yemək mövzusunda daha diqqətli edəcək.

9. Əlavə 100 kalori itirmək – Sürətli və asan olan məşqlərdən hər gün bir neçəsiniz edərək gün boyu 100 kalori itirə bilərsiniz. 

10. Sağlam atışdırmalıqlar yeyin – Sağlam atışdırmalıqlar yemək çəki itirməyinizə səbəb olacaq. Məsələn, özünüzlə çantanızda ərik qurusu, kişmiş, badam, gavalı qurusu götürə bilərsiniz.

11. Yemək yeməyinizi azaldın – Bir həftə içində çəki atmaq niyyətindəsinizsə yemək yemə sayınızı azaldın. Az yemək az kalori qəbul etmək, çox çəki itirmək deməkdir. 

12. Televizora baxaraq yemək yeməyin – Yemək yeyərkən televizor kimi diqqəti yayındıran nüanslardan uzaq durun.

13. Qızartmalardan uzaq durun – Qızardılmış qidalar daha çox kalori deməkdir. Evdə yemək bişirərkən mayonez və ya kərə yağı əlavə etməyin. Yeməklərinizi limon və bibər ilə yeyin.

14. Diqqətlə yeyin – Tam acmadan yemək yeməyin. Yeməkdən əvvəl bir stəkan su içmək daha faydalı ola bilər.

15. Yuxu – Daha çox yatmaq daha çox yemək yeməyinizin qarşısını alar. Çünki gecə nə qədər gec yatsaq soyuducudan mütləq nəsə axtarırıq yemək üçün. Amma ən geci axşam 11:00-da yatmaq bizə çox faydalıdır.

16. Yağ yeyin – Bədənin yağını yandırmaq üçün yağ yeməlisiniz. Təbii ki, bunlar keyfiyyətli yağlar olmalıdır. Omeqa-3 tərkibli qidalar, qoz və avokado kimi qidalar ola bilər.

17. C vitamini – C vitamini qəbul etmək mütləqdir. O orqanizmi sağlam saxlamaqla yanaşı çəki itirməyə də kömək edir. Bunun üçün qreypfrut, portağal, naringi kimi qidalar yeməlisiniz.