Balenciaga Payız/Qış Kolleksiyası – 2016/2017

Alexander Wangdan sonra Balenciaganın kreativ direktoru vəzifəsini tutan gürcü əsilli dizayner Demna Gvasalia Paris Dəb Həftəsində nümayiş etdirdiyi 2016-2017 Payız/Qış kolleksiyası ilə dəb aləmində müsbət rəylər aldı.

Bu kolleksiyanı hazırlayarkən Gvasalia markanın yaradıcısı olan Cristobal Balenciaganın dəb aləmində iz qoyumuş olduğu cizgiləri ön planda tutub. Qırmızı və ağ zolaqlı corablarla dəstləşdirilən çiçəkli donlar, piləli ətəklər, naxışlı geyimlər, fərqli kəsimi olan ətək-pencək kostyumlar, naxışlı “pullover”lər, balon gödəkçələr və dəri paltolar kolleksiyada önə çıxan əsas parçalar idi. Bu geyimləri tamamlayan bəzək əşyaları isə parlaq dəri çəkmələr, çiçəklə bəzədilmiş ayaqqabılar, zolaqlı çantalar və əlcəklər oldu. Həmin kolleksiyanı sizə təqdim edirik.