Bakıda gedə biləcəyiniz 5 ən yaxşı konseptual kafe

Dünyada olduğu kimi, Azərbaycanda da restoran, kafe şəbəkəsi inkişaf edir. Demək olar ki, hər gün müxtəlif dizaynda restoranlar, kafelər istifadəyə verilir. Təbii ki, onlar arasında seçim etmək də çətinləşir. Bugün biz sizə şəhərimizdə yerləşən dizaynı hər kəsi valeh edəcək, üstəlik də hər cibə uyğun 5 konseptual kafeni seçdik.

Yaşıl Kafe 

YARAT Müasir İncəsənət Mərkəzində yerləşir. Burada incəsənət və ləziz yeməklər şövqləndirici atmosfer ilə birgə füsunkar tərzdə təqdim olunurlar. YARAT Müasir İncəsənət Mərkəzinə gələ və qalereyalarda vaxtınızı mənalı, dolğun keçirdikdən sonra  orqanik kafedə bir az dincəlib qüvvənizi bərpa edə bilərsiniz.

 

Yaşıl Kafe – qeyri-formal müzakirə və yığıncaqlar üçün olduqca uyğun yerdir. Yay vaxtı terras meydançasında nahar edə, zəngin menyuda olan çeşidli, yerli təzə-tər meyvə-tərəvəzdən hazırlanmış xörəklərin dadını çıxara bilərsiniz. Kafedə butulka və qədəh ölçülərində şərablar, həmçinin mövsümü nəzərə alan orijinal kokteyl və pivə növləri də təklif olunur.

Yaşıl Kafenin terras meydançasından Xəzər dənizinin əzəmətli mənzərəsini seyr edərək  dənizdən əsən mehin sərinliyində yerli və xarici musiqiçilərin ifasını dinləməklə də həyatınıza zövq qatın.

Old School - Cafe & Shop

Daha çox gənclərin yığışdığı retro konseptdə olan Old school café and shop 12:00 - 02:00 aralığında qonaqların üzünə açıqdır. Bu kafe 15 fevral 2014 dən fəaliyyətdədir. Qiymətlər də gənclərin cibinə uyğun təyin olunub.

El Viento arts Crafts Café

El Viento cafe and crafts - bohem tərzində, pastel çalarların hakim olduğu kiçik kafedir. "El Viento" ispan küləyi deməkdir. Kafe 1 aydır ki, fəaliyyət göstərir. Bu kafenin dizaynında kafenin sahibəsi Aysel İbrahimlinin düzəltdiyi “dreamcatcher”, “macrame”, “plant hanger”, “boho wall hanging” kimi aksesuarlarla dizayn edilib. Kafedə sakitlik, gözəl musiqi, gülərüz komanda və ən əsası hər cibə uyğun "handmade" yeməklər sizi gözləyir. Siz hətta burada sovet dövründə demək olar ki, hər evdə hazırlanan amma indi bu bohem tərzli kafenin sevimlisinə çevrilən xüsusi vaflilərdən yeyə bilərsiniz. Səhər saat 11:00-dan 23:00-a qədər gəlib kafede qonaq ola bilərsiniz.

Tilk - Talk

Tik - Talk kafe konsept baxımından antikafedir. Kafenin nəznində kiçik kino zalı, art scool, rahat oturub işləyə biləcəyiniz və dostlarınızla gözəl musiqilər dinləyib oyun oynaya biləcəyiniz rahat məkandır. Kafenin ən əsas özəlliyi odur ki, burada siz özünüz özünüzə qulluq edirsiniz.

Mari Vanna Bakı

Mari Vanna Bakı - bu məkan xüsusi atmosfer sahibdir. Ozünüzü nənənizin evində hiss etmək istəyirsinizsə ozaman bu məkana baş çəkməlisiniz. Olduqca rahat, iştahaçan auraya malik olan Mari Vanna heykəllər köhnə fotolar, kitablar, antik oyuncaqlar, krujevalı çılçıraqlar, masa örtükləri ilə dizayn edilib. Burada siz həm Azərbaycan həm də Rus mətbəxinə aid olan dadlı menyudan həzz ala bilərsiz. Ev stilində olan bu məkanda gələn bütün qonaqların dostuna cevrilən ağıllı, mehriban ev pişiyi olan – Valeron da yaşayır.