Bakıda ən dadlı səhər yeməyinin 5 ünvanı

Həftə sonuna ailə üzvləriniz, dostlarınız və ya sevgilinizlə gözəl məkanda səhər yeməyi yeyərək başlamağa nə deyirsiniz? Yəqin ki, yaxşı fikirdir. Bəs Bakıda həm damağınıza, həm də cibinizə uyğun səhər yeməyini harda edəcəyinizi bilirsiniz? Biz sizə kiçik araşdırma etdik və ən yaxşı səhər yeməyi verilən məkanları təqdim edirik.

The House Cafe Baku – İki nəfərlik dadına doymayacağınız səhər yeməyinin qiyməti 16 AZN - dir. Kafe səhər saat 10:00-da sizin xidmətinizdədir.

Cafe City – fərqli dadda 4 cür səhər yeməyi sizi məhz Cafe City restoranlan şəbəkəsində gözləyir. Hər gün səhər saat 9:00-dan 12:00-a kimi CafeCity Fountain, CafeCity Five və CafeCity Sahil-də 3 səhər yeməyi sifariş etdiyiniz halda, 4-cüsünü pulsuz qazanacaqsınız. Bir nəfərlik menyunun qiyməti isə 8 AZN-dir.

Paul Baku – Fransız zərifliyini damaqlarınızda hiss etmək istəsəniz səhər yeməyi üçün Paul Baku-ya üz tutun. Həftə içi səhər saat 8:00-dan 12:00-a kimi, bazar günü isə 9:00-dan 14:00-a qədər zəngin, zərif menyu sizi gözləyir.

Buffetique – bazar günü səhər yeməyinizdən həzz alacağınız daha bir fərqli məkan da Buffetique-dir. Burada siz yeməyə müxtəlif tərkibli omlet, blinçik, dietik sendviç və təzə dəmlənmiş qəhvə sifariş edə bilərsiniz. Çampion səhər yeməyi 10 AZN, yüngül səhər yeməyi isə 7 AZN-dir.

Four Seasons Hotel Baku, Zafferano - Dadlı səhər yeməkləri, xoş mühit, həmçinin milli səhər yeməkləri sizi bu ünvanda gözləyir. Rezervasiya üçün: +99412 4042424 və ya zafferano.bku@fourseasons.com ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Nuş olsun!

Xoş həftə sonu keçirməyiniz diləyi ilə!