Bakı Dəb Həftəsi Payız/Qış 2016-2017 – 3-cü gün

Nəhayət, “Bakı Dəb Həftəsi” Payız/Qış 2016-2017 üçüncü, yəni sonuncu günündə paytaxt sakinlərinə və qonaqlara dəbli bir gün yaşatdı. Sonuncu gün podiumda yerli dizaynerlərdən Gülüm Əsədullayevanın uşaq kolleksiyası və Sehri Rəhimovanın kolleksiyası nümayiş olundu.

Sonuncu gündə podiumda açılışı Gülüm Əsədullayeva kolleksiyası və balaca modelləri etdi. Dizaynerin kolleksiyası daha çox uşaq ziyafət geyimlərindən ibarət idi və trendə uyğun olaraq etnik motivlər üstünlük təşkil edirdi. İstər yerli, istərsə də xarici qonaqların bəyənərək və emosiya ilə izlədiyi nümayiş olduğunu deyə bilərik.

Dəb həftəsinin bağlanışını isə yerli dizaynerimiz Sehri Rəhimova etdi. Kolleksiyada şalvarlı kostyumlar, şalvar kombinezonlar, donlar üstünlük təşkil edirdi. Geyimlərdə qayıq yaxa, valanlı yaxalar, kürk və kəmər aksesuarlar, krujeva, parlaq qaşlardan ibarət detallar üstünlük təşkil edirdi.