"Art Dolls" - "Həqiqi" oyuncaqlar

İnstagrama yeni bir fenomen daha əlavə olundu. Rusiyada oyuncaq istehsal edən, ancaq bunu bildiyimiz Barbie kuklalar kimi deyil, heyrətə salacaq qədər möhtəşəm bir gerçəkliyə sahib işlər çıxaran Michael Zajkov 2010-cu ildən bu yana "Art Dolls" deyilən bu sənət əsərlərini hazırlamağa başladı.

Əl işi, olduqca "həqiqi" oyuncaq kuklalar düzəldən professional heykəltəraş Michael Zajkov Rusiyanın Krasnador Dövlət Universitetinin Qrafik Sənət fakültəsi məzunudur. Kukla teatrı üçün heykəltəraş olaraq çalışan Michael 2010-ci ildən etibarən polimer gildən professional kukla sənətinə keçid etdi. Moskvada sərgilədiyi Anastasia, Antonina, Zoe, Nina, Xenia adlandırdığı kuklalar olduqca diqqət çəkdi. İstənildiyi şəkildə oturuşa sahib kuklaların  parikləri yüksək keyfiyyətdə olan Fransız tiftiyindəndir. Gözləri isə almaniyalı şüşə sənətçisinin əl işidir. 

Kuklaların geyimləri 1910-1915-ci illərin vintaj tərzindən ilhamlanaraq tikilib. Geyimlərdə batiste, vual, ipək və antik güpür detallarından istifadə edilir. Kuklaların çəkmələrini Michael özü dizayn edir və tikir. Olduqca əmək sərf edilərək hazırlanan kuklalar son dərəcə heyranlığa  səbəb oldu. Həqiqi görünməsi isə sənətçini məşhur etməyi bacardı.