Alice in wonderland

Hər zaman fərqli dizaynları ilə seçilən Irregular Choice markası Disneyin cizgi qəhrəmanlarını əsas götürərək hazırladığı ayaqqabılar, aksesuarlar moda həvəskarlarının böyük marağını çəkdi. Kolleksiya Lewis Carolun klassik "Alice in Wonderland" hekayəsindən ilhamlanaraq hazırlandı.

Curious Feeling


Kolleksiyanın "Qəribə Hiss" adı verilən bu ayaqqabısının dabanına Alice xarakteri əks olunmuş və dizaynında tünd mavi və qızılı çiçək naxışlı brocade (rəngli ipək parçalar üzərinə qızılı və ya gümüşü dekorativ işləmələrlə toxunmuş parça) parça və qarışıq lazer kəsim rozetka naxışlardan istifadə edilmişdir.


White Rabbit


"Bəyaz Dovşan" adlı ayaqqabının üzü açıq şaftalı rəngli biserlərlə və güpürlə, platforma hissəsi isə qızılı zərlərlə dizayn edilib.

Tea With Alice


Solğun mavi zərli parça və zərif bəyaz güpürlə dizayn edilmiş ayaqqabı göz qamaşdırıcı gözəlliyə sahibdir və möhtəşəm çay süfrəsi cütlüyüdür.


Flowers Can't Talk


Bu dizayn Alisanın möcüzələr ölkəsində çiçəklərlə söhbətindən təsirlənərək hazırlanıb. 

One Lump or Two?


Çaynik topuqlu bu dizayn öz orijinallığı ilə seçilir. Mad Hatterin çay süfrəsi səhnəsindən təsirlənərək hazırlanan bu ayaqqabıda çiçək naxışlarından və kiçik oyun kartlarından istifadə edilib.

I'm late I'm late


Şaftalı və firuzəyi naxışlı brocade parça, qarışıq yerləşdirilmiş muncuqlar, biserlər, miniatür şirnilər ilə dizayn edilmiş ayaqqabı izləyiciləri özünə heyran buraxır.

Queen of Hearts


Alisa və kraliçanın digital fotolarının əks olunduğu, monoxrom ürək çaplı parçadan istifadə edilmiş ayaqqabı cütlərinin rəngləri bir-birindən fərqlidir. Elə bu fərqlilik dizayna xarakteristik xüsusiyət qatıb.