Ağ köynəklərimiz üçün 5 fərqli stil "dərsi"

Ağ köynəklər bütün qadınların qarderoblarında "must have"dir. Gəlin birlikdə ağ köynəklərimizi həmişə öyrəşdiyimizdən daha fərqli kombin edək. 

Onları qarderobunuzdakı incə ipli qısa köynəklərlə kombin edə bilərsiniz. Bu qısa bluzlar Bakınıın soyuq və küləkli havaları üçün xüsusilə əlverişlidir.  

Budur qış aylarında həm ofisdə, həm də küçə dəbində sizə fərqlilik gətirəcək ikili: boğazlı sviter və köynək. Ağ köynəklə rəngli, cizgili və ya ağ boğazlı sviterinizi rahatlıqla kombin edə bilərsiniz.

 

Donlarınızı ağ köynəklərinizlə kombin etsəniz həm yay, həm də qış mövsümüdə fərqli və eleqant olacağınızdan əmin olun. 

Uzun köynəklərinizi qarderobunuzdakı donların yanına asa bilərsiniz. Çünki köynəl-donlar bu ilin trendləri arasındadır. Onları idman ayaqqabıları  və sandaletlərinizlə kombin etsəniz gündəlik, qalın hündürdaban və ya ipli və rəngli ayaqqabılarınızda kombinləsəniz gecə dəvətlərinə rahatlıqla gedə bilərsiniz. Əgər köynəyinizi don kimi geyindiyiniz zaman qısa olacağını düşünürsünüzsə qısa şortunuzla kombin edə bilərsiniz. 

 

Və ağ köynəklərinizin ən fərqli geyinmə üsulu! Üstünüzə geyinmək əvəzinə belinizə bağlasanız anında fərqli bir görünüş yaratmış olarsınız. Üşüdüyünüz vaxt jaket kimi üstünüzə geyinə də bilərsiniz.