90-lar küləyi əsməyə davam edir - 2016 Yaz-Yay

Uzun müddətdir ki, dəb aləmində 90-cı illər hökm sürür. Açıq(cut-out) çiyinlər, bomber gödəkçələr, çiçəkli paltarlar, yüksəkbel cins şalvarlar, bol(oversize) gödəkçələr, dəri aksesuarlar 2016 Yaz-Yay mövsümlərinin əsas trendləri arasındadır. Məhz bu trendlər arasında bu günlərdə ən çox diqqəti çəkən və geyinmək üçün cəsarət tələb edən ipək kombinasiya-donlardır. Dəb nümayişlərindən artıq kombinasiya-donları hansı tərzdə, nə ilə geyinəcəyimizi bilirik. Günlük həyatımızda rahat bir şəkildə geyinə bilmək üçün pambıq kombinasiya-donlara üstünlük verə bilər və ya pambıq T-shirt- lə ipək kombinasiyaları dəstləşdirərək geyinə bilərik.

Yazımın sonunda kombinasiya-donları haradan və hansı qiymətə ala bilərik suallarına cavab olaraq sizlər üçün axtarıb tapdığım markaları şəkil və qiymətləri ilə bərabər paylaşıram.

Zara - 89 AZN

Zara - 89 AZN

Mango - 49,90 AZN

Topshop - 95 EU

Mango - 65,90 AZN

Aydan