8 Martda Bakıda gedəcəyiniz 6 məkan

8 Mart xanımların sevimli bayramı olduğundan onu daha gözəl keçirmək arzusunda olurlar. Həmin gün istəyirik ki, bütünlüklə bizim olsun, istirahət edək, əylənək. Belə bir vaxtda biz sizə kömək edə bilərik. Həm bu özəl günü, həm də Yel çərşənbəsini də qeyd edə biləcəyiniz 6 məkan təqdim edirik.

Shah Palace Hotel - 8 mart günü Shah Palace otelində bayrama bayram qata bilərsiniz. Yel çərşənbəsi və Beynəlxalq Qadınlar günündə Shah Palace hər kəsi sevindirir. Bayram axşamı 8 mart günü  Azərbaycan və Avropa mətbəxindən ibarət olan A la Carte menyusundan və özəl hazırlanmış 2 nəfərlik set şam yeməyi menyunusundan istifadə edə bilərsiniz.

Rezervasiya və əlavə məlumat üçün: (012) 497 04 05; (055) 455 14 86

Ünvan: Böyük Qala 47, İçərişəhər, Bakı (Qoşa Qala qapılarının girişi)

Four Seasons Hotel Baku -  Gününüzü xoş və əyləncəli keçirmək istəsəniz sabah Four Seasons Hotel Baku-da yerləşən Zafferano restoranına üz tuta bilərsiniz. Xanımlar üçün xüsusi gündə möhtəşəm hədiyyə - romantik atmosfer və füsunkar yeməkləri Zafferano restoranı təqdim etməyə hazırdır.

Rezervasiya üçün: (012) 404 24 24 və ya zafferano.bku@fourseasons.com

GATE 25 – Bayramınızı unudulmaz atmosferdə qeyd etmək istəsəniz GATE 25 düzgün seçimdir. Burada sizi "Passion" klassik kvartetin və Elvin Babaşovun ifasında unikal musiqi proqramı gözləyir. 

Giriş: Ancaq rezervasiya ilə - 1 nəfərlik depozit 50 manat

Əlaqə nömrəsi: (055) 299 25 25

Ritz Baku – Gününüzü xoş edə biləcəyiniz daha bir məkan isə Ritz Baku-dur. Bu bayram gecəsi Ritz klubun şou-proqramında "Azərbaycanin səsi" populyar lahiyəsinin iştirakçısı Hüseyn Abdullayevin və "BEST Band" qrupun ifasında müasir və retro kompozisiyalar səslənəcək. Gecənin əsl bəzəyi isə sizə bayram əhval-ruhiyyəsi bəxş edən parlaq və rəngarəng parodiya şousu olacaq. Sənətkar parodist Rus estradasının ulduzlarının  məhşur mahnılarını ifa edəcək. Tələsin! Yerlər məhduddur. 

Giriş: 10 AZN

Əlavə məlumat üçün: (050) 444 78 08; (012) 404 78 08; (050) 232 08 80

Boulevard Hotel Baku –  8 Mart bayramınız üçün daha bir uğurlu məkan isə Boulevard Hotel Baku-dur. Siz bayramınızı otelin restoranlarından birində qeyd edə bilərsiniz. Bu axşam qonaqlarla birlikdə Hillside şirkətinin istehsalı olan milli Azərbaycan şərablarının dadına baxmaq şansınız olacaq. 

Rezervasiyalar üçün: (012) 310 00 10