4 günlük detoks

Əvvəlki yazılarımızda sizə detoksa aid bəzi faydalı reseptlər, məlumatlar paylaşmışdıq. Bu dəfə yay qabağı sizə FitBite ilə birlikdə bədəninizi öyrəşdiyi rejimdən çıxarmaqla şok effekti yaradaraq həzm sistemini təmizləmək, toksinlərdən azad etmək üçün detoks pəhrizini təqdim edirik. Bu pəhriz həzm sistemini təmizləmək üçün vacibdir. Seçdiyiniz pəhriz menyusunu iki gündən artıq olmamaq şərtilə etmək daha məqsədə uyğundur.

Birinci gün

Kəsmik – 300 qr

Alma – 2 ədəd

Təbii bal – 100 qr

Qoz ləpəsi – 10 ədəd

Gün ərzində bəyəndiyiniz kombinasiyada bu qidanı qəbul edirsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirisiniz.

Məsələn, səhər 1 alma və 50 qr kəsmik, naharda 50 qr bal, 3 qoz ləpəsi və 100 qr kəsmik, axşam yeməyinə 1 alma və 5 qoz ləpəsi ilə bir qaşıq bal, digər qidaları isə ara qəlyənaltısı olaraq qəbul edə bilərsiniz.

İkinci gün

Mal əti (toyuq əti) – 200 qr

Tərəvəz (kələm, kök, pomidor, xiyar,badımcan və s.) – 300 qr

Gün ərzində əti qaynadıb soyutma edirsiniz, tərəvəzləri isə istəyə görə buxarda bişirə bilərsiniz (qaynada bilərsiniz) və ya təzə-təzə qəbul edə bilərsiniz. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirirsiniz.

Üçüncü gün

Yumurta – 2 ədəd

Xiyar – 1 kq

Cəfəri – 1 dəstə

Yumurtanı soyutma edirsiniz, xiyarı isə təzə-təzə istifadə edirsiniz. Bu məhsulları 5 qida qəbuluna

bölərək qəbul edirisiniz.

Dördüncü gün

Yumurta – 1 ədəd

Xiyar – 0.5 kq

Pomidor – 1 ədəd

Qatıq – 1 litr

Yumurtanı soyutma edirsiniz, xiyarı və pomidoru isə təzə-təzə istifadə edirsiniz. İstəyə görə, qatığa su qataraq ayran etmək olar. Bu məhsulları 5 qida qəbuluna bölərək qəbul edirsiz.