"Pantene ilə sağlam saçlara bir addım daha"

Saçlarımın tökülməsinin qarşısını almaq üçün  saç yuma vasitələrimi müəyyən müddətdən bir dəyişirəm. Elə Pantene-in Oil Teraphy seriyasını da başqa bir məhsula  dəyişmişdim. Amma yenidən Pantene-ə dönməyi düşünürdüm ki, Procter&Gamble Pantene Pro-V-nin Saç Tökülmələrinə Qarşı Qoruma Seriyasını mənə hədiyyə etdi. Bir tərəfdən  bu hədiyyə “göydən düşmə” oldu. Çünki yenidən Pantene-ə dönmək istəyirdim. 

Pantene-nin yeni məhsullarını test etmək qərarına gəldim. Qeyd edim ki, saçlarım demək olar ki, tökülmür -  3-4 tel.Və mən bunları da yox etmək, tamamilə sağlam, güclü saçlara sahib olmaq istəyirdim.

Öncəliklə deyim ki, saç tökülməsi demək olar ki, çox qadının problemidir. Buna ya vitamin çatışmazlığı, ya günəş, ya suyun tərkibində olan kimyəvi maddələr, ya da ki, düzgün qidalanmamaq səbəb olur. Pantene Pro-V də Saç Tökülmələrinə Qarşı Qoruma Seriyasını məhz saç tökülməsindən əziyyət çəkən xanımlar üçün hazırlayıb

Saçınızı daradığınız zaman darağınızda saç telləri qalıb kefinizi pozursa, Pantene Pro-V-nin Saç Tökülməsinə Qarşı Qoruma Seriyası  əla seçimdir!  Qeyd edim ki, saçlar ən çox yay aylarında zədələnir. Günəş, duzlu və xlorlu su saçları kökündən zəiflədir. Saçlarda bu amillərdən təsirlənərək matlaşma, quruma, kökdən tökülmə, qırılma və haçalanmalar yaranır. Yay bitdikdən sonra ondan bizə qalan əsas “xatirə” zədələnmiş saçlar olur. Buna görə də bu problemləri aradan qaldırmanız üçün, xanımlar, siz də Panten Pro-V-nin bu məhsullarından istifadə edə bilərsiniz. Çünki yeni seriyanın tərkibində olan antioksidan formulu günəşin saçlarda qoyduğu zərərli UV təsirini azaldır.

Qeyd edim ki, bu seriya şampun və balzamdan ( saç baxım kremindən) ibarətdir. Bu iki cütlük ilə qısa zamanda saçlarınızla öyünə bilərsiniz! Buna doğru və güclü şəkildə saç baxımı rutini ilə qovuşacaqsınız. Həm də məhsulların ətri məni valeh etdiyi kimi sizi də valeh edəcək.

Bəhs etdiyim bu məhsullarla saç tökülmələriniz gözlə görəcəyiniz qədər azalacaq, saçlarınızın bütün hüceyrələri kökdən uca qədər qidalanaraq əvvəlki kimi güclü, parıltılı və sağlam olacaq.  

İndi isə, xanımlar, sizinlə istifadəni və nəticəni qısa şəkilə paylaşım.

İstifadə prosessi

1. Təmizləyin

Saç Tökülmələrinə Qarşı Qoruma Şampunu

Prosesə ilk olaraq saçlarınızı şampunla yuyub təmizləyərək başlayın. Şampun Pro-V formulu ilə günəşdən, duzlu və xlorlu sudan, saça forma verərəkən yaranan zədələnmələrin qarşısını almaq üçün saçları kökdən uca bütün hüceyrələri ilə qoruyur. Saç tökülməsinə qarşı saçların gücünü bərpa edir. Beləcə saçlar güclənir və bütün zədələnmələrə qarşı kökdən uca doğru qorunur.

2. Nəmləndirin

Saç Tökülməsinə Qarşı Qoruma Saç Baxım Kremi (Balzam)

Saçları yuduqdan sonra kremlə onu nəmləndirin. Çünki saçlar yuxarıda qeyd etdiyim amillərin təsirindən nəmliyini itirərək quruyur. Xüsusi Pro-v formulu ilə balzam saçları nəmləndirərək daranma prosesində saçların asanlıqla açılmasına və daha az qırılmasına səbəb olur. Əla və tez nəticə əldə etmək istəsəniz o zaman hər dəfə şampunla yuduqdan sonra mütləq balzamı istifadə edin. 

Nəticə

Nəticədə qeyd edim ki, bir neçə istifadədən sonra yaxşı göstərici əldə etdim. Onsuz da az tökülən saçlarım heç tökülməməyə başladı. Və həm də saçlarım sağlam şəkildə daha tez uzanır. Siz də sağlam saçlara qovuşmaq üçün Pantene-nin bu seriyasından doğru şəkildə istifadə edin.