"Tərz olmaq üçün bahalı və brend geyinmək heç də vacib deyil..."

18.03.2016

"Qarderob" rubrikamızın qonağı luxout.az onlayn mağazasının həmtəsisçisi, uğurlu biznes xanımı Səbinə xanımdır. Onunla bir az qarderobundan, bir az da uğur sirrindən danışdıq.

- Özünüz haqqında izləyicilərimizə, oxucularımıza məlumat verərdiniz.

Mən, Səbinə Mirzəyeva Atayeva, luxout.az onlayn mağazasının həmtəsisçisiyəm. Mən həyatsevər, işgüzar və cəsarətliyəm.

- Necə oldu Luxout yarandı?

Uzun zaman özüm bu növ xidmət göstərən xarici onlayn saytlardan alış - veriş  edirdim  və bir gün düşündüm ki, niyə də Azərbaycanda olmasın. O gündən başlayaraq, bu ideya  üzərində işləməyə başladım. Bugün bu artıq ideya deyil, işləyən bir biznesdir.

- Niyə "Luxout"? 

Luxout iki sözün birləşməsindən "luxury" və "outlet" sözlərinin birləşməsindən yaranıb. Əslində ad seçmək üstündə o qədər düşünməmişik. Daha çox lokanikliyinə fikir verirdik. 

- Uğur sirriniz nədir? 

Əslində luxout göstərir ki, kənardan maliyyə olmadan, koorperativ şirkətdə işləyərək və maaşının müəyyən hissəsini öz şəxsi biznesinə yatıraraq arzusunda olduğun biznesi qurmaq mümkündür. Biz ilin sonunda artıq 2016-ci il üçün marketinq planlaşdırmanı etmişik. 

- Yaxşı, gələk tərzinizə... Geyiminizi nəyə uyğun seçirsiniz? Ayaqqabı, çanta və ya aksessuar?

Geyimimi ayaqqabıya uyğun seçirəm.

- Bəs özünüz luxout-dan geyinirsiniz?

Əlbəttə, mən öz timsalımda nümunə olmalıyam. Bundan başqa, luxout-da olan gözəl seçimi qaçıra bilmərəm.

- Səbinənin qarderobunda əvəzolunmazları, imtina etmədikləri, qarderobunda mütləq olmalıdır dedikləri nədir?

Qayıqvarı ayaqqabı, qələm ətək, ipək bluz və kəşmir sviter.

- Ayaqqabı seçiminizdə nələrə diqqət yetirirsiniz?

Komfortlu, klassik və qadınsayağı olmasına daha çox diqqət edirəm.

- Aksessuarlarla aranız necədir və ən sevdiyiniz aksessuar hansıdır?

 İncə zinət əşyaları ilə bərabər, Contemporary aksessuarları bəyənirəm və istifadə edirəm. Həmçinin kəlağayıları çox sevirəm.

- Bəs Səbinənin geyimində diqqət etdiyi qızıl qaydalar varmı?

Müxtəlif tərzlərin qarışığı, zəriflik və komfort.  

- Tərz olmaq üçün brend və bahalı geyinmək vacibdirmi?

Tərz olmaq üçün bahalı və brend geyinmək heç də vacib deyil. Əsas olan odur ki, keyfiyyət olsun!

- Hər bir xanımın qarderobunda olmalıdır?

Qara klassik don, qayıqvarı hündürdaban, klassik cins, ipək bluz, qələm ətək, kaşmir sviter, klassik biçimli qara və ya bej rəngli palto, ideal biçimli pencək. Sonuncu və ən əsası – onu gözəl edən təbəssüm!

- Səbinə öz brendini yaratmağı düşünürmü?

 Brendimi deyil, tərzimi yaratmaq istərdim.

- Gələcək planlarınız nədir?

Luxout-u inkişaf etdirərək Azərbaycanın ən iri vintaj online mağazasına çevirmək və eyni zamanda Azərbaycan dizaynerlərinin təqdim olunduğu platformaya çevirmək.

- Sonda modasevərlərə, dəblə geyinməyə çalışan xanımlara tövsiyyəniz?

Dəbdə olan, lakin sizə yaraşmayan  trendlərdən imtina etmək, öz şəxsi tərzinizi (trendlərdən istifadə edərək) yaratmaq və ən əsası bədəninizi sevmək və seçimlərinizə güvənməyi tövsiyyə edirəm. 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.