Moda Nümayişi detalları: Chanel

10.10.2016

Ötən günlərdə baş tutan Chanel Moda Nümayişi hər zaman olduğu kimi bu dəfə də yaradıcı konseptlə modasevərləri bir araya topladı. Chanel Data Center konseptli moda nümayişinin detalları xəbərimizin ardında. 

Parisdə yerləşən Grand Palais bu dəfə kabellərin olduğu data mərkəzə çevrildi. Rəngarəng kabellər olan data mərkəzində nümayiş olunan Chanel Yaz-Yay 2017 kolleksiyası modasevərlər tərəfindən çox böyük rəğbətlə qarşılandı. Nümayişinin açılışı isə Chanel imzalı 2 robot tərəfindən edildi.

İlk öncə dəvətnamələr xüsusi diqqət cəlb etdi. Dəvətnamədə bir-birinin içinə keçən C"lər rəngli kabellər şəklində idi.  

Grand Palais bu dəfə Data Mərkəzə çevrildi.

 

Nümayiş 2 robot görünüşlü manikenin podiuma girməsi ilə başladı. 

Moda Nümayişində ən çox diqqəti cəlb edən aksesuarlardan biri beysbol papaqları idi. 

 

Və LED işıqlı çantalar

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.