xəbərdar ol

Wedding Art House-da uşaqlarınız üçün “Novruz” şənliyi

29.02.2016

“Novruz” bayramı artıq yaxınlaşır. Böyüklərdən də daha çox, uşaqları bu bayramın gəlişi sevindirir. Yəqin ki, bu da, rəngarənglikdən, cürbəcür oyunlardan və yazın gəlişindən irəli gəlir. Oyun demişkən, sizə şad xəbərimiz var. Həm uşaqlarınızı əyləndirə biləcəksiniz, həm özünüz əylənəcəksiniz, həm də ki, bir-birindən maraqlı hədiyyələr qazanacaqsınız.

#SHEroes – Hər qadın bir qəhrəmandır

29.02.2016

8 mart yaxınlaşır. Belə bir gündə biz xanımlar təkcə hədiyyə istəmirik. Həm də maraqlı, məhsuldar gün də keçirtmək istəyirik. Buna görə də, WOWOMAN qadın platforması sizə əla şans verir.

"Dəbli və baxımlı ana” - master-klass

22.02.2016

Sizin bir az daha artıq maariflənməniz və xoş həftə sonu keçirməniz üçün analar.az saytının Baş redaktoru, video bloqer Səma Abiyeva ilə birgə 28 Fevral saat 15:30 - da Özsüt restoranında "Dəbli və baxımlı ana" adlı master-klass keçirməyi qərarlaşdırdıq. Bu master-klass ilə siz hamiləlik dönəminizi rahat keçirtmək və həm ana, həm də baxımlı xanım olmaq üçün mütəxəsislərimizdən çox faydalı məsləhətlər alacaqsınız.

Make-up Academy-ə xoş gəlmisiniz!

16.02.2016

Keçən yazımızda xəbər verdiyimiz kimi, çox yaxında Make-up Academy start götürəcək. Bu akademiya, əsasən, kosmetik vasitələrlə təcrübələr aparmaqdan qorxmayanlar və makiyajın bütün incələliklərini bilmək istəyənlər üçün əla şansdır.

Baku Design School Knock - Knock İnteryer ilə

16.02.2016

Yorğun iş gününüzü faydalı və istirahət edərək keçirtmək istəyirsinizsə Port Baku Residence-a üz tutun. Əminliklə deyə bilərik ki, sizi burada mədəni istirahət gözləyir. Belə ki, dizayn məktəbi Baku Design School Knock-Knock İnteryer ilə birlikdə Açıq qapı günü elan edir. Bunun üçün 19 fevral saat 19:00-da Knock-Knock İnteryer sizi “show room”a dəvət edir.

© 2015 foxy.azBütün hüquqlar qorunur.