"Dəbli və baxımlı ana” - master-klass

22.02.2016

Əziz analar və gələcəyin ana namizədləri,

Sizin bir az daha artıq maariflənməniz və xoş həftə sonu keçirməniz üçün analar.az saytının Baş redaktoru, video bloqer Səma Abiyeva ilə birgə 28 Fevral saat 15:30 - da Özsüt restoranında "Dəbli və baxımlı ana" adlı master-klass keçirməyi qərarlaşdırdıq. Bu master-klass ilə siz hamiləlik dönəminizi rahat keçirtmək və həm ana, həm də baxımlı xanım olmaq üçün mütəxəsislərimizdən çox faydalı məsləhətlər alacaqsınız. Belə ki, Səma Abiyeva sizə hamiləlik zamanı dəbli olmağınız üçün düzgün geyinməkdən, Cosmopolitan Azərbaycan jurnalının Dəb və gözəllik redaktoru Nigar Xəlilova həm hamimiləlik, həm də ki, hamiləlikdən sonra düzgün makiyaj etmək və trendlərdən, ana və ana namizədlərinin psixoloji vəziyyətinin də gözəl olması üçün  Psixoanalitik uşaq psixiatrı, psixiatr, psixoanalist, Uzman Dr. Ceren Evcen Canbaxışova məsləhətlərini verməklə yanaşı, həm də suallarınızı cavablandıracaq. 

Amma master-klassımız təkcə faydalı məsləhətlər, müzakirələrlə bitmir. Əlbəttə ki, size əliboş yola salmayacayıq. Master-klassımızın sponsorlarından dəyərli hədiyyələr və endirim kuponları da əldə edəcəksiniz. 

Bir az da hədiyyələrimiz haqqında məlumat verək: 

1. “Super-mama” kursları tərəfindən bütün xanımlara, yəni, istər hamilə, istərsə hamilə olmayan xanımlar yoqa üçün 20 %-lik endirim, aerobika dərslərinə 50% -lik endirim və masaj proseduruna isə 25 % -lik endirim hədiyyə ediləcək. 

2. “Linda Estetik” mərkəzindən mütəxəssis bir şanslı xanıma saç kəsimi edəcək, digər bir şanslı xanıma akvapilinq proseduru ediləcək və bütün xanımlara isə endirim kartları təqdim ediləcək. Bu kartlar akvapilinq, termaj, epilyasiya, kirpik və dırnaq qaynağı, saç düzümü, kəsimi və rənglənməsinə 25% endirim əldə etməyə imkan yaradır. Qeyd edək ki, kartlar müddətsizdir və istənilən vaxt «Linda Estetik» mərkəzinə yaxınlaşaraq kartın imkanlarından yararlanmaq mümkündür. 

3. Master-klass zamanı xanımlara “Alza” ziyafət geyimləri butikindən və “Azərbaycan Kəlağayı” brendindən xanımlara güzəştli kartlar təqdim olunacaq.

4. Master-klassımızın sponsoru olan “Sabina perfumery & cosmetics” mağazasından bütün xanımlara  hədiyyələr təqdim ediləcək. 3 şanslı xanımın isə daha böyük hədiyyə qazanmaq şansı olacaq. 

5. “Kepro Fitness”dən 10%-lik, "Kepro Spa"dan 20%-lik endirim kuponu təqdim ediləcək.

6. “Lavanda perfume boutique”dən bir nəfər viktorina qalibini ətir sahibi olacaq. 

7. Xanımların yararlana biləcəyi daha bir hədiyyə isə “WaxFlowers” gül butikindən olacaq. Bütün xanımlar 20 %-lik endirimlərdən yararlana biləcəklər. 

Sonda isə master-klassımızın iştirakçıları olan xanımlarla daha səmimi mühit üçün baş sponsorumuz Özsütün təqdimatı ilə sizə məxsus düşünülmüş menyuda dadlı bir nahar edəcəyik. Biletləri almaq üçün tələsin, xanımlar. Fevralın 28-də Özsüt restoranında bizimlə olmaq üçün qeydiyyatdan keçin!

Qeydiyyat və əlavə məlumat üçün: 055 628 36 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.