Türkiyənin məşhur aktrisası Neslihan Atagül Bakıya gəlir.

17.10.2017

Bu il Azərbaycan ilk dəfə olaraq “Altın Kelebek Mükafatları”-da iştirak edəcək. Ölkəmiz “Azərbaycanın ən parlaq ulduzu” kateqoriyasında təmsil olunur. Bu kateqoriyaya namizədlər Röya, Miri Yusif, Nigar Camaldır.

Saçları ilə göz qamaşdıran Neslihan Atagül də  “Altın Kelebek Mükafatları” çərçivəsində 3 noyabrda Bakıda təşkil olunacaq “Möcüzə gecəsi” adlı tədbirə namizəd olan müğənnilərə dəstək üçün qatılacaq.

Dəvətnamələr məşhur şampun markasının hazırda satışda olan bütün bağlamalarında mövcuddur.

Tədbirdə xanımları Röya, Miri Yusif, Nigar Camalla yanaşı digər ulduzların və djlərin konserti, müxtəlif şou proqramlar, saç/vizaj stilistlərinin məsləhətləri və digər sürprizlər gözləyir.

Qeyd edək ki, “Möcüzə Gecəsi”-də ancaq xanımlar iştirak edə bilərlər.





© 2015 foxy.azBütün hüquqlar qorunur.