Bloqerləri və brendləri bir araya toplayan layihə - Blogstar 1 yaşında

06.10.2017

Azərbaycanlı bloqerləri bir araya toplayan yeganə platforma şüarı ilə fəaliyyət göstərən layihə, Barama İnnovasiya Mərkəzinin startuplarından biri “Blogstar” yeni platformasının təqdimat gününü və eyni zamanda 1 yaşını qeyd edir.  “La Vida Tequila Bar”da  baş tutan tədbir  bluehandmade_baku əl işi sırğalar, Mizaru aksesuarları, Ivylane gül mağazası, Aromania.az onlayn parfum butiki, LəzzətGroup, Yukhulu Pajamas, Melek_ilham, la_creme_baku, ketantablo kimi əməkdaşların dəstəyilə baş tutmuşdur.  

İzləyici tərəfindən sevilən bir çox dəb, gözəllik bloq və youtuber-ləri də “Blogstar”ın 1 yaşını qeyd etməyə gəlmişdilər. Tədbirdə Blogstar.az yeni platforması təqdim edilmişdir. Tədbir zamanı Blogstarın yeni video çarxı təqdim olunub, bloqer və videoqraflara hədiyyələr təqdim olunub. Bir il ərzində seminar vermiş speakerlərin fikirləri dinlənilib. Speakerlərdən sevilən youtuber Səma Abiyeva bloq anlayışından və “Blogstar”  komandasının bu yöndə gördüyü işlərin önəmindən bəhs etmişdir.  Jurnalist və ssenarist Arzu Soltan uğurun insanın öz seçimi olduğunu qeyd edərək, “Blogstar” komandasının da uğuru öz istəyilə seçdiyini bildirib.

Rəsmi hissədən sonra  Dj Ayzklə birgə “after party”də qonaqlar rəqs edib, tort kəsərək ad gününü qeyd ediblər.  “Blogstar” komandasına gələcək fəaliyyətində uğurlar arzu edirik!





© 2015 foxy.azBütün hüquqlar qorunur.