Azərbaycanın ən böyük moda məktəbi öz kolleksiyalarını nümayiş etdirəcək

07.04.2017

23 Aprel Holiday Inn Hoteldə Azərbaycanın ilk online moda jurnalı olan Modamaniyanın nəzdində fəaliyyət göstərən M. Fashion school tələbələrinin əl işlərinin nümayaşi keçiriləcək. Belə ki, 1 il ərzində yerli peşəkarlar tərəfindən təhsil almış tələbələr öz əl işlərini canlı formada kolleksiyalarını təqdim edəcəklər. Məzun günü tədbiri həmçinin modelyerlərin dəb nümayişi ilə davam edəcəkdir.

Tədbirin keçirilməsində əsas məqsəd 30 məzunun həmin gün öz kolleksiyasını ictimaiyyətə təqdim etməsidir.

Tədbirdə işitrakçılar və qonaqlar dəb nümayişinin şahidi olacaq, yerli brendlərin pop-up store-dan alış-veriş edə, yeni dizaynerləri kəşf edəcək və həmçinin hədiyyələr qazanacaqlar.

Məzun günü ildə 2 dəfə olmaqla keçirləcək və məzunları ictimaiyyətə tanıtmaq məqsədilə təşkil olunur.

M.Fashion School dizayner olmaq, moda ilə maraqlanan insanların eskiz, ülgü çıxarma və tikiş, stilistika dərsləri aldığı məkandır.

Daha ətraflı:

https://www.facebook.com/events/415238728813013/





© 2015 foxy.azBütün hüquqlar qorunur.