The Magical Photography Tour

14.02.2017

Blogstar təşkilatçılığı ilə "The Magical Photography Tour” foto müsabiqəsi keçirilib.

Finala keçən 15 fotonun sərgiləndiyi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə keçirilən bu müsabiqə, Elviento Art&Crafts Cafedə reallaşdırıldı. Professional fotoqraflar Gülçin Məmmədova, Zaur Nəcəfbəyov və Emil Hüseynzadənin münsif olduğu bu müsabiqədə 1-ci yerin sahibi Yusif Əliyev, 2-ci yer Zöhrab Hacıyev və 3-cü yer Aliya Mollayeva seçildi. Müsabiqədə iştirak etmiş hər bir həvəskar fotoqraf, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi tərəfindən hədiyyələr və Blogstar-dan sertifikatlar ilə təltif edildi.

Qaliblərə Azərbaycanın ilk onlayn fotomağazası olan Zoom Gallery-dən dəyərli hədiyyələr, Parfüm brendi La Rose-dan ətirlər, Bənövşəyi-dən (İnstax distributor) və Naveen (Geyim Brendi)-ndən endirim kartları təqdim olundu.

Elviento Art&Crafts Cafedə reallaşdırılan bu fotosərgidə Vanilla.az-ın şirniyyat təamları həm iştirakçıları, həm də qonaqların zövqünü oxşadı.

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.