Bu tədbirlər sizə fevralda soyuğu hiss etməyə imkan verməyəcək!

31.01.2017

Fevral 28 gündən ibarət olmasına baxmayaraq, bir-birindən maraqlı tədbirlərlə yadda qalan olacaq. Bu dəfə də sizin üçün bu ay baş verəcək ən maraqlı tədbirlərini seçdik və təqdim edirik.

Başlayaq elə fevralın 1-indən.

Art&Wine gecəsi

Özünüzdə yaradıcılıq ruhu hiss edir, amma onu inkişaf etdirmə üsullarından xəbərsizsiniz? Elə isə sizi İntourist Hotel-də baş tutacaq Art Partiyə dəvət edirik. Burada siz əylənərək öyrənmə şansı əldə edəcəksiniz. Gənc və istedadlı qonaq Aydan Mirzəyeva daxilinizdəki yaradıcı istedadı üzə çıxartmaqda sizə yardımçı olacaq. 

İlk Art Parti 1 Fevral tarixində 19:00-da BAR51-də baş tutacaq.

Giriş pulsuzdur.

Ətraflı məlumat üçün: 012 310 33 10

“Azərbaycan qış mənzərələri” fototolarda

START layihəsi çərçivəsində istedadlı fotoqrafların inkişafı üçün Arts Council Azerbaijan qeyri-hökümət təşkilatı “Azərbaycan qış mənzərələri” fototolarda adlı sərgi təşkil edir. Layihə Arts Council Azerbaijan təşkilatının və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən yaradılıb.  Sərginin açılışı fevralın 3-də saat 19:30 Art Tower qalereyasında olacaq. Sərgi 3 gün davam edəcək. Layihə çərçivəsində keçirilən tədbiri nəticəsində cəmiyyətdə Azərbaycan mənzərələrinin tanınması, mənzərə fotografiya sahəsində gənclərin rolunu artirması və bu işin təbliğatçısı qismində çıxış etməsinə dəstəkliyi hədəfdir. 

Giriş pulsuzdur.

LuxOut Pop Up Store

LuxOut-dan Pop-Up mağazası tezliklə 4-5 fevral tarixlərində İsr Plaza -da (1-ci mərtəbə) baş tutacaq! Ən sevimli brendləri ən sərfəli qiymətlərlə yalnız 2 gün ərzində əldə edə biləcəksiniz. Luxout.az saytında olmayan, həmçinin saytda olan mallara endirim təklif olunacaq. Bundan əlavə, yay kolleksiyası da sizə təqdim olunacaq. Bu tarixi qaçırmayın!

Bakıda “Street Fashion”

5 fevral saat 12:00-da M.Fashion school arzu edənləri dəb söhbətlərinə dəvət edir.  Qonaqlar Məxməriblog - İlahə Hüseynova və street fashion fotoqrafı Aysel İbrahimli ilə fashion blogger-lik, street fashion fotoqraflığı barədə söhbət ediləcək. Xüsusi qonaqlala keçirilən bu söhbətdə iştirak ödənişsizidir. Yalnız qeydiyyatdan keçmək tələb olunur. Yerlərimiz məhduddur.

Qeydiyyat üçün link:

http://goo.gl/forms/C2FIO7r8Pq3Qdbtk1

Amy Winehouse night

9 fevral saat 20:00-da Le Chateau Music Bar sizi məşhur caz ifaçısı Amy Winehouse gecəsinə dəvət edir. Gecədə piano ifaçısı Afşin Əlizadə, vokalist Nigar Hüseynli çıxış edəcəklər.

Wake up and Be Beautiful

Qışın soyuğundan, monotonluqdan bezənlər üçün Foxy Onlayn Qadın Jurnalı komandası çox maraqlı master-klass təşkil edib. Tədbirdə trendlərdən, gözəllikdən, dəriyə qulluqdan danışılacaq. Ən sonda isə Wax Flowers-in floristindən maraqlı və fərqli kompozisiya master - klassı olacaq. Bütün bunlarla yanaşı hər kəsi sponsorlarımızdan hədiyyələr gözləyir. Yaza hazırlıqlara bizimlə başlayın!

Məkan: Women's cafe

Tarix: 11 Fevral, 12:00

Bilet: 24 AZN ( Qiymətə furşet və içəcək daxildir)

Hard Rock Cafe-də “Valentine’s Day”

14 fevral 20:00-da Hard Rock Cafe sizi Rilaya ilə birlikdə canlı caz musiqisinin müşayiətilə “Sevgililər Günü”nü qeyd etməyə dəvət edir.

Bakıda sevgi

“Sevgililər Günü”nü fərqli keçirtmək arzusunda olsanız Xəzərin sahilində yerləşən Boulevard Side Otelin 6-cı mərtəbəsində yerləşən SeaGull restoranına üz tuta bilərsiniz.

Ətraflı məlumat üçün: 070 331 35 53; 012 490 67 90

WOWOMAN - 2 il sizinlə!

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın və mümkünsüz görünən arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır. 

Bu ilin uğurlarını qeyd etmək, ikinci ilin hesabatını vermək və yeni fəaliyyət ilinin planlarını açıqlamaq məqsədilə 19 fevral Fairmont Baku otelində media nümayəndələri, tanınmış qonaqlar, təlimçilər, səfirliklər və nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərini bir araya gələcək. 

Tədbirdə iştirak yalnız dəvətnamə ilədir.

Ötən ilin nəğmələri

28 fevral saat 19:00-da Heydər Əliyev adına Respublika Sarayında ötən illərə qayıda biləcəyiniz “Ötən ilin nəğmələri” adlı konsert baş tutacaq. Konsertdə Respublikanın Xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Abbas Bağırov, Eyyub Yaqubov, İlqar Muradov, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Fuad Musayev, İlqar Xəyal, Sevda Yəhyayeva, Emiliya Yaqubova, Məryam Şabanova və Sevil qızlar qrupu iştirak edəcəklər.

Biletlərin qiyməti 20-80 AZN.

Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (012) 441-21- 41, (050) 332-36- 30

Eldar Mansurov gecəsi

Fevralın son gününü Le Chateau Music Bar-da Eldar Mansurovun gecəsinə qatılmaqla keçirə bilərsiniz. Gecə 28 fevral saat 20:00-da başlayacaq.





© 2015 foxy.azBütün hüquqlar qorunur.