Angelina Jolie-nin yeni iş birliyi

25.01.2017

Məşhur aktrisa yeniliklərlə daima izləyicilərini heyrətləndirir. Bu dəfə Jolie xanımların daima yanında olacaq. Necə? Yazının davamında bu suala cavab tapa biləcəksiniz.

Belə ki, Guerlain-in mart ayında təqdim olunacaq yeni “Mon Guerlain” ətrinin üzü və ikonu Angelina Jolie olacaq. Brendin ətriyyatçısı Thierr Wasser bu yeni ətir üçün “seçimlər, duyğular və müasir qadınlığı ifadə edən xəyallar” anlamına gələn “qadın notu”ndan ilham aldığını söyləyib.

Angelina Jolie və Guerlain brendinin ilk iş birliyi məşhur aktrisanın “First They Killed My Father in Cambodia” filminin çəkildiyi zaman, yəni, 2015-ci ildə baş tutub. Brendin açıqlamasına görə, gözəllik ikonunun Guerlain-a olan sevgisi ilk olaraq, hələ uşaq olarkən anasınn istifadə etdiyi kirşan ilə başlayır.





© 2015 foxy.azBütün hüquqlar qorunur.