"Yarat Friends" Platformasının üzvləri ilin yekun tədbirində iştirak etdilər

15.01.2017

YARAT Müasir İncəsənət məkanının nəzdində fəaliyyət göstərən “YARAT Friends” üzvlük platforması, öz üzvlərini bir araya yığaraq yeni 2017 - ci ili qeyd etmək və eyni zamanda geridə qoyduqları ilə yekun baxış tədbiri olaraq hazırlanan maraqlı proqram ilə konseptual “Passage 1901” restoranında toplandı.

Gecəni xüsusi çıxışı ilə açan YARAT Müasir İncəsənət mərkəzinin bədii direktoru Bjorn Geldhof platforma üzvlərini salamlayaraq “YARAT Friends” icmasının özəlliyindən və vacibliyindən danışdı. Tədbir gedişatında platformanın və eyni zamanda PR departamentinin direktoru Hökumə Kərimova ilin yekun hesabatı və videosunu təqdim etdi.

Gecə üzvlərə özəl hazırlanan Alov və işıq saçan diod performansı, Mikayil Rəfiyevin və Emin Eminzadənin musiqili çıxışı, eyni zamanda Ilham Osmanovdan rəqs müsabiqəsi və eyni zamanda Elçin Quliyevin çıxışı ilə davam etdi.

“YARAT Friends” üzvlük platforması tədbirinin tərəfdaşı, üzvlərin hər birinə təqdim etdiyi xüsusi hədiyyələri ilə CHELEBI FURNITURE & DECOR şirkəti olmuşdur.

"YARAT Friends" Azərbaycanda şirkətlər və fərdi şəxslərin üzvlüyü əsasında formalaşan unikal bir platforma olub, məqsədi müasir incəsənət anlayışını daha geniş kütləyə çatdırmaq və müasir incəsənət sevərlərdən ibarət icma yaratmaqdır. Platforma öz üzvlərinə kurator və rəssamların iştirakı ilə eksklüziv turlar, yalnız üzvlər üçün təşkil olunan tədbirlər, xüsusi mərasimlərə dəvətnamələr, eləcə də platformaya məxsus, xüsusi Art Travel proqramı kimi əlavə imkanlar və üstünlüklər təklif edir.

"Yarat Friends" icmasının üzvü olmaqla siz müasir incəsənət barədə biliklərinizi artırmaq, müasir incəsənətin inkişafına öz töhfənizi vermək və müasir Azərbaycan incəsənətinin bütün dünyada tanıdılmasına dəstək olmaq imkanı əldə edəcəksiniz. YARAT Friends platformasına üzv olmaq istəyən hər kəs friends@yarat.az ünvanı ilə və yaxud da YARAT mərkəzi ilə əlaqə saxlaya bilər





© 2015 foxy.azBütün hüquqlar qorunur.