İncəsənətin dəblə görüşdüyü Azərbaycan Dəb Həftəsi başlayır

19.11.2016

21-24 noyabr tarixlərində baş tutacaq Azərbaycan Dəb Həftəsi “Art meets Fashion” sloqanı ilə Daş Salnamələr muzeyində sizə əsl dəb qonaqlığı verəcək. AFW təşkilatçıları dünya dəb tendesiyasını özündə birləşdirən bu dəfəki dəb həftəsini Bayraq meydanında yerləşən Daş salnamələr muzeyində keçirtməklə yerli qonaqlarla yanaşı, xarici qonaqlarda da ölkəmizin milli dəyərlərinə marağı artırmaq niyyətindədirlər.

Dəb həftəsinin hər günüdə dünya dəbini fəth etməyə davam edən xarici və yerli dizaynerlərin geniş ekranda işləri göstəriləcək. Dünya dəb həftələrinin yeni “İndi gör-İndi al” sloqanına əsaslanaraq sizin də Azərbaycan Dəb Həftəsi çərçivəsində bugün gördüyünüz geyimi alıb, sabah yeni göstəriyə geyinib gələ bilmək şansınız olacaq.

AFW bu mövsüm də ənənəsinə sadiq qalaraq hər gün saat 15:00-da şou-rumlar təşkil edəcək. Eyni zamanda dəb həftəsi davam edərkən ödənişsiz seminarlar və təqdimatlar da olacaq. Vəəlbəttə ki, hər göstəriş gününün sonunda yerli və xarici dizaynerlərlə birlikdə after-party- də iştirak edə biləcəksiniz.

Bütün bunlarla yanaşı Azerbaijan Fashion Week Dizayn İnstitu IED (Instituto Europeo di Design) birlikdə gənc, irəlidüşüncəli dizayner və memarlar arasında Noicons adlı müsabiqə də elan edib. Müsabiqə üç nominasiya üzrə keçirilir: Dəb dizayneri, Dəb illustratoru və Dəb retail  mağazası. Qaliblər İtaliyada yerləşən Dizayn İnstitu IED-də yay məktəbində bir aylıq təcrübə keçmək şansı əldə edəcəklər.

Dəb Həftəsi Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə keçirilir. AFW-in rəsmi tərəfdaşı saçlar üçün peşəkar kosmetika olan OSiS+ ilə Schwarzkopf Professional, BC bonacure, IGORA Royal-dır. Collezione Italia Baku isə tədbirin ənənəvi tərəfdaşı və sponsorudur.

Azərbaycan Dəb Həftəsində sponsor və könüllü olmaq üçün info@afw.az ünvanı ilə əlaqə saxlaya bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.