"Art and Food" - " 5 o'clock tea time"

18.10.2016

14 oktyabr tarixində Yarat dostları platformasının üzvləri və bloqqerlər "5 o"clock tea time" layihəsi çərçivəsində Yarat Mərkəzində bir araya gəldilər. Tədbirin xüsusi qonağı Bulvar otelin baş qənnadçısı Rəna Alkan idi. O, iştirakçılara Amerika və Avropada əldə etdiyi təcrübədən, iştirak etdiyi sərgi və tədbirlərdən məlumat verdi. Rəna Alkan Callebaut tərəfindən Azərbaycanda yeganə Şokolad Səfiridir. Rəna xanım şokoladdan qeyri - adi təamlar hazırlamaq üzrə master-klass da keçirdi.  

Onu da qeyd edək ki, Foxy Onlayn Qadın Jurnalı və "Yarat Dostları" platforması ilə birgə həyata keçirilir.  Layihənin əsas məqsədi müxtəlif sahələrin incəsənətlə birbaşa əlaqəsini olduğunu göstərməkdir. Layihə çərçivəsində həmin sahələrdə fəaliyyət göstərən məşhur insanlarla Foxy izləyicilərini və "Yarat dostları"nı çay süfrəsi ətrafında bir araya gətirmək və müxtəlif müzakirələrin aparılması nəzərdə tutulub. 





© 2015 foxy.azBütün hüquqlar qorunur.