Blogstar - bloqqerlərin yeni "məkanı"

01.10.2016

Blogstar Azərbaycanlı bloqqerləri eyni platformada toplayan və professional bloqqerlərin təcrübələrindən yararlanaraq yeni başlayan gənc bloggerlərə dəstək göstərən bir layihədir. 

Saytda sevilən bir çox bloqqerlərimizin intervyuları, maraqlı məqalə və fikirləri dərc olunacaq. Layihə  nəznində professional bloggerlərimizlə seminarlar təşkil olunacaq .Yeni və həvəsli gənclərə yön göstərmək üçün bir çox tədbirlərimiz baş tutacaq.

"Lviv Chocolate Baku" da 25 sentyabr tarixində baş tutan açılışda blogstar.az saytının təqdimatından öncə Azərbaycanın sevilən və tanınmış bloqqerlərinin də iştirak etdiyi promo video izləndikdən sonra stylist Aynur Güzel(caspianvogue), professional fotoqraf Zaur Nəcəfbəyov kimi bloggerlərimiz layihə rəhbəri və komandasına ideya və təkliflərini bildirərək uğurlar arzuladılar.

Qeyd edək ki, baş tutan açılış mərasimində Foxy Onlayn Qadın Jurnalı əsas media dəstəkçisi idi.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.