Zərif gecə: Yay gəlinləri üçün alt paltarı dəbi

20.07.2016

Toy alt paltarlarını da seçmək gəlinlik paltarının seçimi qədər məsuliyyətlidir. Mükəmməl seçilmiş toy alt paltarı dəstinin də ilk gecənin unudulmaz olmasında payı olur. Müxtəlif brendlər hər mövsüm bir-birindən fərqli alt paltarları dizayn edirlər ki, gəlin namizədləri özlərinə uyğun geyimləri asanlıqla tapsınlar. Əgər siz də “Böyük gün”ə hazırlaşanlardansınızsa Foxy sizə bu işdə kömək edir. Belə ki, yayın bir-birindən zərif və dəbli gəlin alt paltarlarını sizə təqdim edirik.

Krujeva

Krujeva dizaynerlər və gəlinlər arasında dəbdə olan ən romantik parçadır. Çünki onunla hazırlanan geyimləri gəlin namizədləri asanlıqla seçə bilirlər. Gəlinlik paltarlarınıza incə, sıx alt paltarı daha uyğundur. O sizin bədəninizə yaxşı oturmaqla, üst geyiminizi də gözəçarpan göstərəcək. Dərin yaxaya sahib gəlinlik geyimlərinizə isə push-up olan büstqalter seçsəniz toy günü rahat olarsınız. Büstyerstraples gəlinlik donunuzun altından isə ipsiz ya da korset büstqalter geyinməyiniz lazımdır.

Atlas

Rahatlığı və cəlbediciliyi eyni anda hiss etmək istəyən gəlinlər üçün atlas ən mükəmməl seçimdir. Zərif materialı ilə atlas sizin bədəninizi daha da gözəl göstərəcək. Mütəxəssislər toy üçün seçilən atlas alt paltarlarının mütləq eyni rəngdə olması lazım olmadığını vurğulayırlar: seçdiyiniz atlas alt paltarı dəstinin zərif çəhrayı, krem və şaftalı çiçəyi rəngində olsa da mükəmməl görünəcəksiniz.

“Like a girl”

Sözün açığı ən vacib gün üçün (toy gecəsi üçün) bir dəst alt paltarı seçmək bir az çətindir. Buna görə də, bütün alt paltarı brendləri gəlin namizədlərinə ən azı iki dəst seçməyi məsləhət görürlər: birinci dəst gəlinlik geyimində ziyafətdə olan zaman istifadə edilməli, ikinci dəst isə ikiniz tək qaldığınızda lazım olacaq. Bunun üçün gənc qız tərzində alt paltarı və gecəlik seçsəniz daha zərif olarsınız.

Aksesuarlar

Detallar haqqında unutmayın! Kiçik nüanslar gecəniz daha da unudulmaz edə bilər. Misal üçün gözəl saç aksesuarı, bədəni nəmləndirmək və ona gözəl qoxu bəxş etmək üçün losyon, gözləri bağlamaq üçün krujeva bant... Və bir şeyi unutmayın ki, bu gecə sizə aiddir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.