Gəlin çiçəyi seçərkən incə düşünün – yaz/yay gəlin çiçəkləri

20.04.2016

Toy olarkən və ya toya hazırlaşarkən mütləq düşünülməsi gərəkən detallardan biri çiçəkdir. Gəlin çiçəyi sadəcə gəlini və gəlinliyi tamamlamır. Bununla yanaşı, toyun keçiriləcəyi məkan və konsepti tamamlamalıdır. Bir sözlə, gəlinlik seçimi nə qədər vacibdirsə, çiçək də zövqlə seçilməlidir.

Hər il toy dəbi də dəyişdiyi üçün çiçəklərdə də fərqlər yaranır. Gəlin çiçəklərini seçərkən bəzi diqqət edilməsi gərəkən nüanslar var. Bu nüanslar haqqında sizə kiçik ipucları veririk.

Gəlin çiçəyini seçərkən birinci diqqət edəcəyiniz əsas nöqtə mövsümə uyğun olaraq gülləri seçmək lazımdır. Daha sonra isə məkanı nəzərə almalısınız. Əgər məkana diqqət edən gəlinlərdənsinizsə o zaman bilin ki, çəmənlik toyunda seçəcəyiniz çiçək buketi mütləq çobanyastığı olmalıdır. Xüsusilə də, yaz mövsümündə bu çiçəklər sizin görünüşünüzə zəriflik qatacaq.

İkinci əsas nöqtə buketin ölçüsüdür. Gəlinlik onsuz da, sizə bir az ağırlıq verir. Ona görə də, çalışın ki, buketin ölçüsü daşıya biləcəyiniz ağırlıqda və böyüklükdə olmasın. Buketi tutacağınız hissə ovucunuzun içindən böyük olmamalıdır. Daha sonra gəlinliyinizlə uyğunluğa da diqqət edin. 

Çiçəyi seçmisiniz və saç aksessuarı olaraq da çiçək istifadə etmək istəyirsinizsə çalışın ki, çiçəklə aksessuar bir-birinə uyğun olsun. Buketin içərisində fərqli rənglərdə çiçəklər ola bilər. Amma buketi bağlayacağınız tül, parça və ya lentlər gəlinliklə uyğunluq təşkil etməlidir.

Yuvarlaq buketləri qısa boylu gəlinlər, tökülən buketləri isə uzunboylu gəlinlər seçməlidirlər. Qabarıq gəlinliklərə üstünlük verənlər isə daha zərif və kiçik buket götürməlidirlər. Çünki qabarıq gəlinliklə daha böyük buket göz yoran olur.

Yaz və yay toylarının çiçəkləri

Yaz toylarında gəlin çiçəyi olaraq xoş ətirli və rəngli buketləri çox asanlıqla seçə bilərsiniz. Nərgiz, pion, zanbaq və ya freziya kimi çiçəklər yaxşı olar. Aralarına isə fərqli rənglərdə bir neçə lalə də əlavə edərsiniz.

Yay toyları həm hərəkətli, həm də, rəngli toylardır. Buna görə də, əlinizdən gəldiyi qədər çoxçiçək və rəng istifadə etməyə çalışın. Sadə bir toy planlamısınızsa yayın şəhzadələri olan güllər köməyinizə gələcək. Yay toylarında isə zanbaq, manolya, lavanda, çobanyastığı, lilac, orkidə daha yaxşı seçimdir.





© 2015 foxy.azBütün hüquqlar qorunur.