Pokemon Go nədir?

17.07.2016

Bütün dünyanı çox qısa zamanda təsiri altına ala bilən Pekom Go hal-hazırda ancaq iki ölkədə yüklənməsinə rəsmi şəkildə icazə verilsə də qeyri-qanuni yollarla yüklənməsi mümkündür. Ancaq bu üsul telefonunuza zərər verə bilər.

Bir zamanlar çox məşhur cizgi filmi kimi oyunu da özüylə bir çox qalmaqallar gətirdi. İlk öncə Avstraliyada məşhurlaşan oyun bütün dünyaya yayıldı. Yaşadığımız dünya ilə virtual dünyanı birləşdirən oyuna görə Avstraliya polisi adamlara xəbərdarlıq etmək məcburiyyətində qaldı:  "Yolu keçərkən telefonunuza baxmayın. Pokemon "tutmaq" istədiyiniz zaman ölə bilərsiniz." Sosial mediada isə #PokemonGo haştagi trend oldu. Metroda, hətta striptiz klublarda belə tutduğu Pokemonu sosial mediada paylaşanlar var. 

Oyunda Pokemon xarakteri telefonların kamerasından yaşadığımız dünyada görülür. Məqsəd isə oyunun sizə göstərdiyi yerlərə gedib virtual xarakterləri tutmaqdır. Oyunun məhz elə bu xüsusiyyəti də özü ilə təhlükələr gətirir. 

ABŞ-da Shalya Wiggins adlı 19 yaşında qız Pokemon axtararkən göl kənarında kişi cəsədi tapdı. 

Meksikada isə gənc Pokemonu tutmaq istəyərkən körpüdən düşərək öldü. 

Çikaqoda isə 17 yaşlı Marcus Jackson Pokemon Go oynayarkən təhlükəli küçəyə girdiyi üçün bıçaqlanıb və İphonu oğurlanıb.

Baxaq görək bu yeni oyun "dəli"liyi nə qədər davam edəcək? 





© 2015 foxy.azBütün hüquqlar qorunur.