Snapchat istifadə etmək üçün 10 səbəb

28.06.2016

Son zamanlar ən çox adını eşitdiyimiz telefon proqramlarından biri də Snapchat-dır. Snapchat proqramı haqqında bəzi maraqlı məqamları sizinlə paylaşmaq istəyirik. 

1. Sevdiyiniz məşhurların, bloqerlərin həyatlarını ən xırda detallarına qədər öyrənə bilərsiniz. Hətta onlara öz foto və videolarınızı da göndərə bilərsiniz. Onlarla birbaşa ünsiyyət qurmağınız üçün mükəmməl vasitədir. 

2. Dünyada keçirilən müxtəlif partyləri "live" bölümündən izləyə bilərsiniz. 

3. Demək olar ki, mütamadi yenilənən filtrə ilə özünüzün fotolarını çəkə bilərsiniz. 

4.Yerləşdirdiyiniz video və fotoları izləyiciləriniz sadəcə bir dəfə və 24 saat ərzində görə bilirlər. İnstagram kimi qalıcılı deyil. Buna görə də fotonu qoymamışdan öncə saatlarla düşünməyinizə ehtiyac yoxdur. 

5. Əyləncəli şəkildə dostlarınızla mesajlaşa bilərsiniz.

6. Hər gün yenilənən filtrlərlə başqa adamlara və ya istədiyiniz xarakterə çevrilə bilərsiniz. 

7. Üz dəyişmə filtri ilə bəyəndiyiniz məşhurla üzünüzü dəyişdirə bilərsiniz.

8. "Discover" bölməsindən CNN, MTV, National Geographic kimi proqramların videolarını izləyə bilərsiniz.

9. Dostlarınızın doğum gününü əyləncəli şəkildə video ilə təbrik edə bilərsiniz. 

10.  Dostlarınızı canlı-canlı izlədiyiniz üçün istəmədiyiniz qarşılaşmalara və təsadüflərə də əngəl ola bilərsiniz. 





© 2015 foxy.azBütün hüquqlar qorunur.