Fotolarda cazibədar görünmək üçün 5 üsul

25.02.2016

Sosial şəbəkələr dövründə kiminsə fotosunun çəkilmədiyini təsəvvür etmək çətindi. Korporativ tədbirlər, ictimai hadisələr -  bu kimi tanış vəziyyətlərdə insanlar fotolarının nə zaman çəkiləcəyindən xəbərsiz olur və bəzən də poz verə bilmirlər. Bu zaman narahatlıq hissi bütün kompozisiyanı pozur və nəticədə siz fotoda yaxşı çıxmırsınız. Bəs bunun qarşısını necə almaq olar? Narahat olmayın, fotolarda yaxşı çıxmağınız üçün də sizə ipucları təqdim edirik.

Əllər arxaya

Arıq və uzun görünmək istəyirsiniz? Bu, heç də, çətin məsələ deyil. Sadəcə rahat dayanın, çiyinlərinizi xəfifcə önə, əllərinizi isə bir az arxaya verin, bir ayağınızı lap azca qabağa qoyun, digər ayağınızda isə dizinizi bir az əyin. 

Əllər cibdə

Bu heç də pis fikir deyil! Əllərinizi cibinizə qoyun və poz verin. Görəcəksiniz ki, bu, sizdə alınır.

Uçan yeriş pozası

Bu pozada ayaqlarınızın birini qabağa qoyursunuz. Belə dayanmaq həm də, ayaqlarınızı uzun göstərərcək. Bir əlinizi də belinizə qoyursunuz. Uçan yeriş pozası Cenifer Lopezin ən sevimli pozasıdır desək yanılmarıq. 

Cəlbedici görünüş

Fotosessiya zamanı cəlbedici görünmək istəsəniz, uzanın. Sonra kürəyinizi fotoaparatın obyektivinə tərəf çevirin, başınız və çiyniniz isə obyektivə baxsın, çənənizi isə bir az aşağı əyin.

X men

Ayaqlarınızı x formasında qoyun. Bu sizin ombanızı və siluetinizi vurğulayacaq.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.