Hədiyyə seçimi üçün mobil cihazlardakı 4 tətbiqetmə

15.12.2015

Bayram ərəfəsində ənənəvi nə geyinim? sualını nə hədiyyə edim? suali əvəzləyir. Mağazaların piştaxtaları isə müxtəlif cəlbedici fikirlər təqdim edir ki, bu da düzgün seçim etməyimizə mane olur. Sizin üçün bir neçə tətbiqetmə seçmişik. Onlar bu işdə sənə kömək edəcək.

Thoughtful Gift Finder (iPhone)

Bu tətbiqetmə vasitəsilə sən tez bir şəkildə fərqli nələrsə tapa bilərsən. Tətbiqetmə sənə rahat şəkildə hədiyyə seçməyə kömək edərək, eyni zamanda Facebook və digər onlayn hədəfləri müəyyən edəcək. Gözəl hədiyyəni evdən çıxmadan da Thoughtful Gift Finder ilə rahatlıqla ala bilərsən.  IOS üçün pulsuzdur.

Cool Hunting Gift Guide (iPhone)

CoolHunting.com portalında olan tətbiqetmə vasitəsilə ən şıq, ən yaradıcı hədiyyələri seçə, mövsümün dəblərini də nümayiş etdirə bilərsən. CoolHunter-in xüsusi seçilmiş redaktorları vasitəsilə də aldığın hər bir məhsulun keyfiyyətinə əmin ola bilərsən. IOS üçün pulsuzdur.

Gift N Greet (Android)

Hədiyyə seçmək üçün olan bu xidmət hamı üçün rahat olacaq şəkildə dizayn olunub. Yazarlar da hər həftə istifadəçilərə kömək olacaq yeni və keyfiyyətli məhsullar yükləyirlər. Və bu tətbiqetmədə sən hər alış-verişdə bonus qazanırsan ki, Gift N Greet tətbiqetməsinin yeni versiyası üçün endirim əldə edirsən. Android üçün pulsuzdur.

Giftboard

Bu tətbiqetmənin yaxşı xidməti var və istifadə zamanı sənə 3 nüansda tez kömək edir: tapmaq, seçim və hədiyyəni istədiyin vaxt istədiyin yerə çatdırmaq. Tətbiqetməni yaradanalar hətta istifadəçilərə özəl qablaşdırma da dizayn ediblər. Sistemdə 900-dən çox hədiyyə seçimi, əyləncə və xidmət təklifləri var. IOS və Android üçün pulsuzdur.





© 2015 foxy.azBütün hüquqlar qorunur.