Telefondan asılısan?

26.11.2015

Ağıllı telefonların yaranması ilə telefonlar birinə zəng vurmaq və ya biri ilə mesajlaşmaq üçün istifadə olunmaqdan çox uzaqlaşıb. Telefon əlimizdə gəzirik, avtobusda, metroda telefondan gözümüzü çəkmirik, hətta dostlarla kafedə bir fincan kofe içəndə belə yenə də telefon əlimizdə olur. Bu hal artıq telefondan aslılıq hissi yaradır. “Bəs mənim telefona qarşı aslılığım varmı?, telefondan aslılığım qorxduğum səviyyədədirmi?”  öz-özünə sual verirsənsə Foxy təqdim edən 10 maddəni oxuya bilərsən. Əgər bu 10 maddə səndə varsa deməli, sən də telefondan aslı olanlar sırasındasan. 

1. Gecə oyananda saatı yoxlamaq üçün birinci telefona baxırsan? Məqsəd saatı yoxlamaq olsa da təxminən 20 dəqiqə də olsa vaxtımızdan ayırıb sosial mediadakı hesablarımıza göz atırıq. Bu həm gözlərimiz üçün ziyanlıdır, həm də ki, yuxu problemi yaradır.

2. Tək qaldığın zaman telefon əlindən düşmür? Sosial mediada və ya telefonundakı oyunlarla vaxt keçirib təkliyini ört-basdır edirsənsə bu hal ilə ehtiyatlı ol.

3. Telefonunun şarjının bitməsi kefinə soğan doğrayırsa deməli, telefondan aslısan.

4. Telefonunun yaddaş yeri həmişə dolu olur? Fotolar, tətbiqlər, mesajlar, musiqilər...Əgər yaddaşla bağlı tez-tez problem yaşayırsansa deməli, telefondan çox istifadə edənlərdənsən.

5. Əgər sənə  telefonunu yoxsa pul qabını itirmək istəyərsən? kimi bir sual versələr və sən də telefonumu deyə cavab verirsənsə, burdan açıq-aydın olur ki, sən telefon aslılığı yaşayırsan.

6. Səhər gözünü açdığın zaman ilk telefona, xüsusilə də, sosial mediaya göz gəzdirirsən? Sevgilinin kimləri “like”layıb, “comment”lər yazdığına fkir verirsən yoxsa yatmağa üstünlük verirsən?

7. Qəbul et: bəzən heç bir işin olmasa , heç bir bildiriş gəlməsə və yenicə baxsan belə telefonu əlinə alıb tez sosail mediadakı hesablarını nəzərdən keçirdirsən. Bax, elə bu, telefondan aslılıqdır.

8. Əgər bir yeməyə dəvət olunmusansa və ya dostlarınla danışarkən yanındakılar sənə “telefonun həmişə əlindədir” deyirlərsə, deməli ağıllı telefonun əsirlərindənsən. Çünki bu hal sənin real həyatda “sosiallaşmağına” mane olur.

9. Duşa gedəndə, iş yerində həmişə yanında olursa, çanta kimi əlində gəzdirirsənsə hətta gecə yatanda yastığının yanına qoyursansa bu hal heç də yaxşı deyil.

10. Bir an telefonunu tapa bilmirsən. Əgər bu zaman həddən artıq təlaşa düşürsənsə və ya özünü 10 il qocalmış kimi hiss edirsənsə aslılar sırasına xoş gəldin! Bu 10 maddəni oxuyarkən, çox punktlarda özünü görə bildinsə telefonuna bağlı birisən. Təlaşa düşmə. Sənə məsləhətimiz, vacib olan işlərini bitirdikdən sonra onu bir kənara qoy və özün üçün müəyyən etdiyin vaxtlarda da bağlı saxla.





© 2015 foxy.azBütün hüquqlar qorunur.