Instagram hesabı necə silinir?

06.11.2015

Demək olar ki, indi hamının Instagram hesabı var. Hətta bəzi insanların birdən daha artıq hesabları var. Bəs bu hesabları “qalıcı olaraq” silmək istədiyin zaman nə etməlisən? Əgər hesablarını qalıcı olaraq silmək istəyirsənsə Foxy təqdim edən addımları izlə.

Əvvəlcə Instagram-ın bu səhifəsini açırsan. Qarşına fotoda kimi “Hesabını sil” səhifəsi çıxacaq. Buradan “Hesabını niyə silirsən?” bölümündən uyğun bir bəndi seçib üzərinə vurursan. Özünə uyğun bəndi seçdikdən sonra açılan şifrə bölümünə hesabının şifrəsini yazırsan və aşağıda açılan “Hesabımı qalıcı olaraq sil” bəndinə basırsan.





© 2015 foxy.azBütün hüquqlar qorunur.