Collection Premier Moscow-dan beynəlxalq dəb sərgisi

08.08.2016

31 avqustdan etibarən CPM-Collection Premiere Moscow qapılarını 27-ci Beynəlxalq dəb və aksesuar sərgisinə açacaq. CPM-in rəsmi açılış mərasimində fəxri qonaq kimi “Rusiya Silueti” Xeyriyyə Fondunun Prezidenti və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Tatyana Mixalkov, Trend PR agentliyinin rəhbəri və CMP-in rəsmi menecment tərəfdaşı Ekaterina Odintsov iştirak edəcəklər.

Sərgiyə daha çox Rusiya istehsalçıları cəlb olunub. Belə ki, buradakı “Rusiyada əl işi” eksponatlarının sayı 5-dən 17-ə qədər artırılıb.

Beynəlxalq sərgidə İndoneziya ilk dəfə yerli dizaynerlərinin kolleksiyasını təqdim edəcək, Hindistan və Kolumbiyanın da premyera çıxışı baş tutacaq. Rumıniya 5 dizaynerilə sərgidə ilk dəfə təmsil olunacaq. Bu mövsüm Türkiyə sərgidə yenidən təmsil olunacaq və 15 yerli markasının kolleksiyasını təqdim edəcək. Ümumilikdə, CPM-in 45 000 kvadrat metr sərgi sahəsində 950 marka kolleksiyalarını təqdim edəcək.

Ətraflı məlumat və media nümayəndələrinin qeydiyyatı üçün CPM-in rəsmi saytı www.cpm-moscow.com-a baş çəkə bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.