Novruz sərgiləri

14.03.2016

Bayramları həmişə daha səmərəli keçirtməyə çalışırıq. Qonaqlıqlara, şənliklərə, gəzməyə getməyə üstünlük veririk. Bu dəfə sizə təqdim etdiyimiz 3 möhtəşəm sərgi sizi orda iştirak etməyə vadar edəcək.

“Sehirli anlar”

Natavan gallery sizi böyük məmnuniyyətlə "Sehirli anlar" adlı sərgiyə dəvət edir. Sərgidə Aydan Məmmədovanın tələbələrinin rəsm işləri nümayiş olunacaq. Təqdim olunacaq rəsm əsərləri öz fərqli mövzusu ilə sizi valeh edəcək. Burada Siz əsrarəngiz peyzajlar, bir - birindən fərqli portretlər, natürmort nümunələri və s. ilə tanış olacaqsınız. 

Məkan: Natavan gallery

Vaxt: 18 Mart

Saat: 19:00

Giriş: Sərbəstdir

Yaz toy sərgisi

Sizin toyunuz olacaq amma sizin həmin günə necə hazırlaşacağınız barədə fikriniz yoxdur? O zaman Flerusite gül studiyası bayram ərəfəsində təşkil etdiyi “Yaz toy sərgisi” məhz sizlikdir. İtaliya təcrübəsi olan peşəkar floristlər sizə toy trendlərində, güllərdən danışacaqlar. Siz burada istedadlı Nina Cards-ın individual dəvətnamələrdən ibarət əl işləri, xına sənətinə yeni nəfəs verən Nəzrin Məhəndinin işlərilə tanış ola bilərsiniz. Eyni zamanda sizi başqa surprizlər də gözləyir. 

Məkan: Fleuriste gül studiyası

Vaxt: 18-19 Mart

Saat: 11:00-21:00

Giriş: Sərbəst

Novruz naxışı

Naxış atelyesi sizi Novruz bayramı ərəfəsində özünün Yaz/Yay 2016 kolleksiyasını “Novruz naxışı” adı ilə təqdim edəcək. Dəbli bayram keçirtmək istəsəniz Port Baku Mall-a üz tuta bilərsiniz.

Məkan: Port Baku Mall

Vaxt: 19 Mart

Saat: 19:00

Giriş: Sərbəst





© 2015 foxy.azBütün hüquqlar qorunur.