Gənc rəssam-modelyerimizin Barbie-si Fransada qalib oldu

25.02.2016

Məşhur gəlincik Barbie-nin 57-ci “doğum günü” münasibətilə 2016-ci il 10 mart-18 sentyabr tarixinədək Parisin “Les Arts Décoratif” muzeyində sərgi keçiriləcək. Barbie sadə bir gəlincik olmasına baxmayaraq, cəmiyyətin sosial, mədəni və estetik təkamülünü əks etdirən ikonik modeldir. Bu məşhur gəlincik həm də, moda ikonasıdır. Belə ki, Dior, Thierry Mugler, Christian Lacroix, Jean-Paul Gaultier və ya Christian Louboutin kimi məşhur dizayner və ya brendlər onun qarderobu üçün geyimlər hazırlayıblar. Bu ənənəni dəb dizaynerləri arasında yaşatmaq üçün Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyi, "Barbie" şirkəti və “Les Arts Décoratif” muzeyi beynəlxalq “Fashion Design Schools”un tələbələri üçün “Dress Barbie” (“Barbie-nin geyimi”) mövzusunda müsabiqə təşkil edib. İFA Paris Universitetində “Dəb dizaynı və Texnologiyası” fakultəsində bakalavr üzrə birinci kurs tələbəsi olan həmyerlimiz Rəfiqə Erkin 190 iştirakçı arasında 12 qalibdən biri olub.

Rəfiqə Erkinin gəlinciyinin geyimləri son zamanlar dəb dünyasında bütün dizaynerlərin müraciət etdikləri “unisex”dir (cinsiyyətsiz geyimlər). Gənc rəssam-dizaynerimizin Barbie üçün belə geyimlər hazırlamaqda məqsədi transgender uşaqlara onların da dünyanın bir parçası olduqlarını hiss etdirməkdir.

 

 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.