Yarat - "Nə var, odur" və "Dis Place"

10.11.2016

10 noyabr tarixində "Nə var, odur" və "Dis Place" sərgilərinin qapalı açılışı baş tutdu. Açılışda Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Leyla Əliyeva,Ülviyyə Mahmudova, sərgi müəllifləri, xarici qonaqlar,  eyni zamanda "YARAT Dostları" (Friends of Yarat) iştirak edirdilər. 

"Nə var, odur" sərgisinin müəllifi Faiq Əhməd tərəfindən ənənəvi Azərbaycan icmalarında gender münasibətləri və sosial strukturları araşdıran 6 yeni monumental əsər nümayiş etdirilir. Sərginin adı ("Nə var, odur"), təmkinlik hissini, keçmişdə uzun illər hər şeyin "necə var, elə" qəbul edilməsinə yanaşmanı vurğulayan qədim Azərbaycan kəlamından götürülüb. Bu, həyatla razılaşmağı və barışmağı ifadə edən mental durumdur. 

"Dis Place" (Məkan sız) fərdi sərgisi kolumbiyalı rəssam Oskar Murillo tərəfindən təqdim edilir. Müxtəlif texnika vasitəsi ilə yaradılmış, yeni valehedici silsilə əsərlərin daxil olduğu bu sərgi, rəssamın spesifik coğrafi kontekst çərçivəsində istehsal strukturlarını əhatə edən geniş konseptual dialoqların araşdırılması vasitələri qismində müxtəlif materiallara bağlılığını davam etdirir. Sərgidə nümayiş olunan əsərlərin elementlərin əksəriyyəti, keçmiş SSRİ-nin ən böyük ipək sənayesi müəssisələrindən və 7 minə yaxın daimi işçi heyəti olan Şəki İpək Kombinatından qaynaqlanır.

Oskar Murillo, regionda hələ də istifadə edilən və Şəkinin məşhur Xan Sarayında rast gəlinən, orta əsrlərin naxışlı şüşə şəbəkə texnikası üzərində geniş miqyaslı əsərlər silsiləsini yaratmaq üçün, yerli peşəkar sənətçilər ilə də yaxından əməkdaşlıq edib. Rəssam, zərif şüşə materialını, kombinatın həyətindən tapdığı metal tullantılarının qırıntıları ilə əvəz etməklə, orijinal estetika ilə "oynayır" və poetik şərq dizaynına "siyasi ölçülər" də əlavə edir. Qeyd edək ki, bu sərginin ərsəyə gəlməsində Tunc MMC və Şəki İpək ASC önəmli rolu olub. 

Qeyd edək ki, sərgi 11 noyabr tarixindən 29 yanvar tarixinə qədər davam edəcək. Sərgiyə giriş sərbəstdir.
Ünvan: Yarat Müasir İncəsənət Mərkəzi (Bayram Meydanının yaxınlığı)

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.