Payızda keçiriləcək 7 Beynəlxalq Sərgi

11.09.2016

Bu ilin payız mövsümündə Bakıda 7 beynəlxalq sərgi keçiriləcək. Payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”, “Stomatologiya” “Stomatology Azerbaijan”, “Gözəllik və Estetik tibb” “Beauty Azerbaijan”, “İnşaat” “BakuBuild”, “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”, “Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri” “CIPS Securika”, və İKT “BakuTel” sərgiləri daxildir. Bu sərgilər Bakı Ekspo Mərkəzində keçiriləcək. 

22-ci Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016”

19-21 sentyabr tarixləri arasında keçiriləcək sərgidə dünyanın 15 ölkəsindən 100-dən artıq şirkəti bir araya toplanacaq. Sərginin debütantları arasında Azərbaycan, Çexiya, Belçika və Tunisi təmsil edən şirkətlər yer alır. Builki sərginin fərqləndirici cəhətlərindən biri isə farmakologiya sektoruna olan marağın artmasıdır. Şirkətlər bu sektor çərçivəsində farmakologiya üzrə avadanlıq və texnologiyalar, eləcə də farmakoloji zavodların istifadəyə hazır vəziyyətdə inşa olunması üzrə təkliflər verməyi planlaşdırırlar.

11-ci Beynəlxalq Stomatologiya Sərgisi

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya  sərgisi keçiriləcək. Hər il "Stomatology Azerbaijan" stomatologiya mütəxəssislərinin ənənəvi görüş yeri, eləcə də tibbi məhsul və xidmət bazarında əldə edilmiş nailiyyətlərin nümayiş olunduğu məkanıdır.

Beauty Azerbaijan 2016

19-21 sentyabr tarixində Bakı Ekspo Mərkəzində ölkədə kosmetika sənayesinin aparıcı tədbiri sayılan "Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb" - “Beauty Azerbaijan 2016” sərgisi keçiriləcək. Bu ilki sərgidə Azərbaycan, Almaniya, İtaliya, Koreya, Rusiya, Ukrayna və digər ölkələrdən 100-dən artıq şirkət iştirak edərək sərgisində peşəkar kosmetika, gözəllik salonları üçün avadanlıqların geniş çeşidi, kosmetoloji aparatlar və digər məhsullar təqdim ediləcək. 

Sərgidə ilk dəfə olaraq Tailanddan bir neçə şirkət iştirak edəcək və ziyarətçilərə dekorativ kosmetika, saçlara və dırnaqlara qulluq vasitələri,  SPA və şəxsi gigiyena məhsullarını nümayiş edəcəklər və master-klass təşkil olunacaq. 

Qeyd edək ki, 19 - 20 sentyabr tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.  Tələbələr sərgiyə yalnız 20 - 21 sentyabr tarixində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir. 

BakuBuild İnşaat Sərgisi

19-22 oktyabr tarixlərində dünyanın 20-dən çox ölkəsini təmsil edən 400-dən artıq şirkəti və bir sıra milli stendi bir araya gətirən BakuBuild 2016 İnşaat sərgisi baş tutacaq. Sərgilərdə inşaat materialları, qapı-pəncərə, interyer, tikinti texnikası və bir sıra digər məhsullar təqdim ediləcək. BakuBuild 2016 sərgisinin fərqləndirici cəhəti elit mebellərin geniş çeşidini nümayiş etdirməyə hazırlaşan mebel şirkətlərinin fəal iştirakıdır.

Aqua - Therm Baku 2016

19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su Təchizatı, Sanitariya, Ətraf mühitin Mühafizəsi Texnologiyaları, Üzgüçülük Hovuzu və Bərpa Olunan Enerji “Aquatherm Baku 2016” sərgisi keçiriləcək.

Securika CIPS 2016 Sərgisi 

19-22 oktyabr tarixində Bakı Ekspo Mərkəzində regionda təhlükəsizlik üzrə yeganə tədbir sayılan 9-cu Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri “Securika CIPS 2016” sərgisi keçiriləcək. “Securika CIPS 2016” regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgidir. “Bakubuild” və “Aquatherm” sərgiləri ilə eyni meydançada keçirilən “Securika CIPS” sərgisi “Xəzər İnşaat Həftəsi”-nin tərkib hissəsidir.

Bakutel Sərgisi

Sərgi mövsümünə Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları “Bakutel 2016” sərgisi (29 noyabr-2 dekabr). ilə yekun vurulacaq. Bu sərginin iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil operatorları, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribyutorları yer alır. 

Qeyd edək ki, artıq sərgilərin veb-saytlarında “Fast Track” sürətli elektron qeydiyyat sistemi fəaliyyət göstərir. Cəmi bir neçə dəqiqə çəkən bu proses Bakı Ekspo Mərkəzində qeydiyyatdan keçərkən vaxta xeyli qənaət etməyə imkan verir. Ziyarətçilərin sərgiyə girişi pulsuzdur. Sərgilər, habelə onların ziyarətçi və iştirakçılara təklif etdikləri xidmətlər barədə daha ətraflı məlumatlarla www.iteca.az, veb-saytında, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrində tanış ola bilərsiniz.





© 2015 foxy.azBütün hüquqlar qorunur.