Yaz təmizliyinə bədəninizdən başlayın – Ozon terapiya

10.03.2016

Artıq yaza yavaş-yavaş addımlayırıq. Yaz təmizlik, gözəllik və yenilənmə mövsümüdür. Bu mövsümdə daha gözəl olmaq istəyirik. Elə buna görə də, sizə qışın yorğunluğunu üstünüzdən atacağınız, yaza tam yenilənmiş bədənlə girə bilmək üçün yeni formul – ozon terapiya təqdim edirik. 

Ozon terapiya nədir?

Ozon terapiya insanın öz bədənindən götürülən qana tibbi ozon qazı inyeksiyası edildikdən sonra təkrar eyni kanaldan verilməsi sürətilə edilir. Toksinlərin atılması, toxumaların yenilənməsi, immunitet və qan dövranı sistemini gücləndirmək məqsədilə bu proses həyata keçirilir. Qan bədəndən alındıqdan sonra bir müddət ozonun qanla homogen bir hala gəlməsi üçün gözlədilir. Bu zaman qan sanki dəmlənir, daha parlaq və qırmızı rəngə çalır. Və bu qan ozonla birləşdiyi zaman tərkibindəki zərərli maddələr yox olur, yenilənir və insana yenidən vurulur.

Enerji qazanın 

Ozon terapiya çox möhkəm protokollara sahib tibii əməliyyatdır. Əgər bu müalicədən yaxşı nəticə almaq istəyirsinizsə mütləq bu işi bilən mütəxəssisə müraciət etməlisiniz. Ozon terapiya sayəsində siz 18 yaşındakı bir insanın enerjisinə sahib ola bilərsiniz. Stres, xərçəng, xroniki yorğunluq, yaddaşsızlıq, göbələk xəstəlikləri, revmatizma ağrıları, obesitə, qəbizlik, astma, Alzheimer kimi bir çox xəstəliklərin də müalicəsində ozon terapiya faydalıdır.

Oksidativ stressi azaldır

Ozon terapiya ilə oksidativ stresin azaldılmasına və yox edilməsinə nail olmaq mümkündür. Orqanizmaya zərər verən halların qarşısını alır və mövcud xəstəlikləri yox edir. Ozonun 3 vacib təsir mexanizması ilə təsir göstərdiyini, oksidativ stresi azaltdığını, hüceyrələrin və orqanlara dəyən zərərin qarşısını aldığını da demək yerinə düşər. Bütün bu problemlərə qalib gəlməyiniz və sağlam, rahat, yeni bir bədənə sahib olmağınız üçün eviniz kimi də bədəninizin yaz təmizliyinə ehtiyacı var.





© 2015 foxy.azBütün hüquqlar qorunur.