Soyuq havalarda xəstəliklərə qalib gəlməyin 7 yolu

31.01.2017

Qış mövsümünə xas olan gözəllikləri sevsək də, soyuq havalarda yoluxduğumuz xəstəlikləri heç birimiz sevmirik. Belə vaxtda soyuqlama və qrip geniş yayılır, qarşısını almasaq həm xəstələnə, həm də virusu yayanlardan ola bilərik. Qış aylarında xəstəliklərdən uzaq durmaq üçün xəstə insanlarla təmasda olmamalı, bol meyvə-tərəvəz yeməli, sağlam qidalanmalı və əllərimizi tez-tez yumalıyıq. Immunitetinizi gücləndirmək, soyuq havalarda xəstəliklərə qalib gəlmək üçün bir neçə üsullar da var ki, biz sizə onlardan vacib olan 7-si haqqında məlumat veririk.

Əllərinizi yuyun

Ətrafınızdakı bakteriya və virusların artdığı soyuq havalarda əlləriniz ən böyük virus daşıma, yayma vasitəsidir Buna görə də, qış ayları boyunca əlləriniz tez-tez yumaq lazımdır. Əllərinizi mümkün olduğu qədər gözünüzə və ağzınıza sürtməyin. Tualetdən istifadə etdikdən sonra belə əllərinizi yumağı unutmayın. Araşdırmalar göstərir ki, qadınların böyük qismi tualetdən istifadə etdikdən sonra əllərini yuyurlar. Kişilərdə isə bu hal azdır.

Vitaminləri unutmayın

Soyuq havalarda xəstəliklərdən qorunmağın ən asan yolu vitamin, xüsusilə də, C vitamini qəbul edərək, orqanizmi güclü saxlamaqdır. Əgər vitaminləri qidalardan qəbul edə bilmirsinizsə, o zaman, multivitamin dərmanları qəbul edin. Qış aylarında qəbul edilməsi vacib olan vitaminlərdən biri də, D vitaminidir. Çünki qışda günəşi az qəbul edirik və bu da orqanizmimizdə D vitamininə qarşı aclıq yaradır. Bu səbəblə də, D vitamini dərmanları qəbul etmək mütləqdir.

Hava soyuq olsa belə məşq edin

 

Soyuq havalarda sizi xəstə edən hava yox, mikroblardır. Havalar soyuq olsa belə, hərəkət etməyi yaddan çıxarmayın və hər gün davamlı olaraq məşq edin. Misal üçün, hər səhər qaçmaq faydalı və yaxşı idmandır.

Yaxşı qidalanın

İstər yay, istərsə də qış olsun, fərqi yoxdur, sağlam qidalanmaq hər zaman vacibdir. Qış aylarında xəstəliklərlə mübarizə aparmaqda sizə kömək edəcək başlıca vasitələrdən biri yaxşı qidalanmaqdır. Yaxşı qidalanmağın da əsas yolu meyvə və tərəvəz qəbul etməkdən keçir.

Yaxşı yatın

Yuxu orqanizmin yenilənməsini və yaxşılaşmasını təmin edir. Orqanizmə daxil olan virus və mikroblarla mübarizə üçün yaxşı yuxu almaq vacibdir. Nə qədər az və rutinsiz yatsanız, bir o qədər də, xəstəliklərə yoluxmaq şansınız çoxdur. Odur ki, güclü immunitet və sağlam orqanizm üçün hər gün ən az 7-8 saat yatmaq şərtdir.

Bol su için

Gözlərimiz, burnumuz, ağciyərlərimiz özünü qorumaq üçün sudan istifadə edir. Su ancaq dərini qoruyub gözəlləşdirməklə kifayətlənmir, bütün daxili orqanların düzgün fəaliyyətini təmin edir. Susuz qalınan zaman orqanizm öz imkanlarından daha azını edir və xəstəliklərlə “qucaq açır”. Buna görə də, hər gün bol su içmək vacibdir.

Duzlu suyun gücündən faydalanın

Duz yeməklərimizə dad verməklə qalmır, həm də təbii antibakteriyaldır. Duzlu suyu bir aparat vasitəsilə burnunuza çəkərək və ya qarqara edərək tənəffüs yollarınızı təbii formada təmizləmiş olarsınız. Beləliklə də, mikroblardan da qoruna bilərsiniz.

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.