Xərçəngdən qorxma, gec qalmaqdan qorx

13.10.2016

Hər qadın 20 yaşından etibarən, hər ay özü-özünü döş xərçəngi xəstəliyinə görə müayinə etməlidir. 40 yaşından etibarən isə ildə bir dəfə həkim müayinəsindən keçməlidir. Risk faktorlarına sahib qadınlar, məsələn ailəsində döş xərçəngi olanlar isə 20 yaşından etibarən müayinəyə başlamalıdır. 

Meme Kanserine Dair Her Şey

Döş xərçəngi xəstəliyi 50 yaşından çox qadınlarda daha çoxdur. 

Hər 10 dəqiqədə bir qadın döş xərçəngi səbəbi ilə həyatını itirməkdədir və hər 3 dəqiqədə bir qadına döş xərçəngi xəstəliyi diaqnozu qoyulur.

Hər 100 döş xərçəngi xəstəsindən biri kişidir.

Döş xərçəngi xəstəliyinin əlamətləri

- Döşdə yara və ya qızartı

- Döşdə və ya qoltuqaltında sərtlik və şişlik

- Döş giləsində soyulma

- Döşdən qanlı və ya şəffaf axıntının gəlməsi

- Döşdə böyümə, qızarıqlıq

Döş xərçəngi xəstəliyinə yoluxma riskini azaltmaq üçün nələr edilməlidir?

- Ana olmağı gecikdirməyin

30 yaşından öncə uşaq dünyaya gətirmək döş xərçəngi riskini azaldır. 

- Övladınıza döş südü verin

Döş xərçəngi riski əsasən 50 yaşdan yuxarı yaşlı qadınlarda olur. Lakin 50 yaşdan aşağı yaşlarda da qadınların döş xərçəngi xəstəliyinə yoluxmaq riski az deyil. Ailəsində döş xərçəngi olan qadınlarda risk daha çoxdur. Əmizdirmək döş xərçəngi riskini azaldan faktorlardandır. 

- Formada qalın

Artıq çəki döş xərçəngi riskini artırır. Bunun səbəbi isə artıq çəkili xanımlarda qandakı cinsiyyət hormonları, insülinin artmasıdır. Bütün bu faktorlar döş xərçəngi riskini artırır. 

- Gündə ən az 5 dəfə meyvə-tərəvəz yeyin

Yağ tərkibli qidaları uzun müddət qəbul etdikdə döş xərçəngi riski artır. Risk faktorunu azaltmaq üçün isə gün ərzində 5-6 dəfə meyvə-tərəvəz yeməlisiniz. 

- Həftədə 150 dəqiqə idmanla məşğul olun

Aparılan araşdırmalar göstərir ki, hər gün aktiv idmanla məşğul olmaq döş xərçəngi riskini azaldır. Mütəxəssislər döş sağlamlığı üçün həftədə 150 dəqiqə yürüyüş və pilates kimi idmanla və ya 75 dəqiqə ağır idmanla və həftədə iki dəfə kardio ilə məşğul olmağı məsləhət görür.

- Uzun müddətli doğum kontrol dərmanı içməyin

10 il davamlı olaraq doğum kontrol dərmanı içənlərdə heç istifadə etməyənlərə nisbətdə daha çox döş xərçənginə yoluxurlar. Buna görə də doğum kontrol dərmanı qəbul etməmişdən öncə mütləq həkiminizlə görüşməlisiniz. 

- Alkoqol və siqaretdən uzaq durun

Alkoloq qəbulu artdıqca döş xərçəngi riski də artır. 

Mütamadi olaraq mamoqrafiyaya müraciət etməyi unutmayın

40 yaşından etibarən mütamadi olaraq mamoqrafiya və həkim nəzarətindən keçməlidirlər. Döşünüzdə dəyişiklik, döş giləsindən hər hansı axıntı gəldiyini görsəniz mütləq həkimə müraciət edin. Unutmayın ki, döş xərçəngi riskini azaldan amillərdən ən başlıcası erkən müayinədir. 

 





© 2015 foxy.azBütün hüquqlar qorunur.