Saçlarımız üçün kondisionerimizi özümüz hazırlayaq

15.07.2016

Bildiyiniz kimi, şampundan sonra istifadə olunan kondisioner saçları nəmləndirir, qidalandırır, canlandırır və yumşaldır ki, bu da, daranmasını asanlaşdırır. Kondisioner mütləq şampunla birlikdə hər yuyulmada istifadə olunmalıdır. Amma bəzilərimiz kimyəvi məhsullara üstünlkü vermirik deyə, kondisionerdən də demək olar ki, istifadə etmirik. Bu dəfə sizə evdə saçlarınıza uyğun kondisioneri hazırlamağın üsullarını təqdim edirik.

Ballı kondisioner

İçindəkilər

Zeytun yağı – 1 x.q.

Təbii bal – 2 x.q.

Süd zərdabı – 1 x.q.

Un – 1 x.q.

Hazırlanması

Bir kasaya bal, süd zərdabı və zeytun yağı əlavə edilir, qarışdırılır. Qarışımı 30-60 saniyə mikrodalğalı sobaya qoyuruq. Bunu qatı məhlul alınmaqdan ötrü etmək lazımdır. Sonra da unu əlavə edib qarışdırın. Qarışımı saçınıza çəkib 20 dəqiqə saxlaylb isti su ilə yuyun.

Nanəli kondisioner

2 stəkan suya 2 çay paketi əzilmiş nanəni əlavə edirik. Alınmış sərin suyu şampundan sonra saçlara tətbiq etmək lazımdır. Və su ilə yaxalamaq olmaz. Bu kondisioner saçlarını canlandıracaq, parladacaq.

Yoqurtlu kondisioner

1 stəkan yoqurt, 2 ç.q. bal və 1 ədəd yumurta sarısı qarışdırılır. Yaxşı qarışdırdıqdan sonra alınan məhlulu saçlarınıza çəkin, bir neçə dəqiqə saxlayıb isti su ilə yuyun.





© 2015 foxy.azBütün hüquqlar qorunur.