Moda Həftəsi mütəxəssislərindən saç detoksu

19.09.2016

Moda Həftəsində iştirak edən modellərin saçları istifadə edilən məhsullar və isti fen nəticəsində zərər görür. Podiumda gəzdikləri zaman sizin heyran olduğunuz saçları moda həftələrindən sonra öz gücünü və canlılığını itirir.

Əgər sizin də saçlarınız zərər görürsə onda mütləq bu yazının davamını oxuyun. 

Moda Haftası Uzmanlarına Göre Saçlarınıza Detoks Yapmanın 5 Göz Alıcı Yolu - Moda Haftası Uzmanlarına Göre Saçlarınıza Detoks Yapmanın 5 Göz Alıcı Yolu

Möhkəmləndirici məhsullardan istifadə edin 
Creatures of the Wind-in baş saç stilisti Holli Smith saç maskalarının vacibliyini vurğulayır: "Bütün modellərin saçlarında istifadə etdikləri tək vasitə: saçları gücləndirən və daha sağlam edən saç maskalarıdır."   

Saç kreminizə avokado yağı əlavə edin
Jason Wu nümayişinin saç stilisti açıqlama verir: "Saçlarınıza əlavə nəm və parlaqlıq istəyirsinizsə saç kreminizə avokado yağı əlavə edin. Düzdür, Pinterestdə bəzi istifadəçilər avokado yağını makiyaj təmizləyicisi kimi də istifadə edir." 

Qabyuyan vasitə ilə saçlarınıza parlaqlıq əlavə edin
Bəli, düz eşitdiniz. Tommy Hilfiger-in saç stilisti bu ipucunu inadkarlıqla tövsiyyə edir. "Bəzi modellərin saçları istifadə etdikləri məhsulara görə tez yağlanmağa başlayır. Bunun qarşısını almaü üçün 30 saniyəlik qabyuyan vasitə istifadə edin. Bu saçlarınızın təbii yağını geri qaytaracaq." Bu tövsiyyəni sınaqdan keçirmək istəyirsinizsə, daha sonra şampun istifadə etməyi unutmayın.

Sadəcə duş
TRESemmé-nin saç stilisti Jeanie Syfu, hər modelin saçlarına əlavə qulluq göstərməsinin vacibliyini vurğulayır: "Saçınızın bütün rezinlərini duşa girməmişdən öncə açın. Saçlarınızı isladın, dərindən qulluq edin və saçlarınızın yumşalması üçün barmaqlarınızla darayın. Sonra şampun istifadə edin."

Alma sirkəsi
Nyu York Moda Həftəsində iştirak edən saç stilistlərinin əksəriyyəti zədələnmiş saçların yenidən nəmləndirilməsi mövzusunda həm fikirdirlər. Xüsusilə Nicole Miller-in fikrinə görə: "Hər moda nümayişindən qabaq bir sürü məhsuldan istifadə edilir. Moda Həftələri bitdikdən sonra modellərə saçlarını alma sirkəsi ilə yaxalamaqlarını tövsiyyə edirəm. Alma sirkəsinin sayəsində saçların təbii pH səviyyəsi geri qayıdır." Əlavə olaraq alma sirkəsindən sivilcələri təmizləmək üçün də istifadə edə bilərsiniz.  





© 2015 foxy.azBütün hüquqlar qorunur.